Ən yaxşı türk serialları

Türkiyədə çəkilmiş ən yaxşı serialların siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

Bir Başkadır (2020) IMDb: 8,7

Bir Başkadır

Serialda fərqli mədəniyyətlərdən olan bir qrup insanın həyatları təsvir olunub. Onlar bir-birilərini tanımasalar da, yaşadıqları olaylar əlaqə təşkil edir.

Janr: darm
Rejissor: Berkun Oya
Rollarda: Öykü Karayel, Fatih Artman, Funda Eryiğit


Çukur (2017-) IMDb: 7,3

Çukur serial

Hadisələr "Çukur" adlı məhəllədə baş verir. Məhəlləyə Koçovalı soyadlı mafiya ailəsi nəzarət edir. Ailənin kiçik övladı Yamaç evi tərk edir, ancaq sonradan geri qayıtmalı olur. Bundan sonra Yamaçın başına müxtəlif hadisələr gəlir.

Janr: cinayət, dram
Rejissor: Özgür Sevimli
Rollarda: Aras Bulut İynemli, Rıza Kocaoğlu, Kubilay Aka


Atiye (2019-) IMDb: 7,4

Atiye

Atiye gənc və gözəl rəssamdır. Ailəsi ilə birlikdə xoşbəxt həyat yaşayır. O, gecələr qəribə yuxular görür. Bir gün ən qədim məbədlərdən biri olan Göbəliktəpəyə gedir və burada mistik bir bağlantı yarandığını hiss edir. Bunu arxeoloq Erhan da anlayır.

Janr: dram, fantastik
Rejissor: Ozan Açıktan
Rollarda: Beren Saat, Mehmet Günsür, Melisa Şenolsun


Medcezir (2013-2015) IMDb: 6,9

Medcezir

Medcezir The O. C.-nin bir növ türk versiyasıdır. Yaman adlı gənc çətin həyat yaşayır. Qardaşı ilə maşın oğurluğu edərkən tutulur və vəkil tapmağa çalışır. Gələn vəkil Yamanı sevir və onu övladlığa götürməyə çalışır.

Janr: dram, romantik, komediya
Rejissor: Ece Yörenç, Melek Gençoğlu
Rollarda: Çağatay Ulusoy, Serenay Sarıkaya, Metin Akdülger

Aşk-ı Memnu (2008-2010) IMDb: 7,4

Aşk-ı Memnu

Arvadı ölən və həyatını övladlarına həsr edən Adnan illər sonra Bihterə aşiq olur və onlar edvlənir. Bir müddət sonra Adnanın övladlığa götürdüyü Behlül də Bihterə aşiq olur. Serial qadağalı sevgidən bəhs edir.

Janr: dram, romantik
Rejissor: Hilal Saral
Rollarda: Beren Saat, Kıvanç Tatlıtuğ, Nebahat Çehre


Yaprak Dökümü (2006-2010) IMDb: 5,4

Yaprak Dökümü

Serial Reşat Nuri Güntekinin eyni adlı əsəri əsasında çəkilib. Ali Rza bəyin dəyərlərə bağlı olaraq ailəsini qorumağa və bir yerdə saxlamağa cəhdlərindən bəhs olunur. Baş rollarda Halil Ergün və Güven Hokna çəkilib.

Janr: dram, ailə
Rejissor: Mesude Erarslan
Rollarda: Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar


Lise Defteri (2003-2004)) IMDb: 5,7

Lise Defteri

Lisey tələbələrinin yeniyetməlik, sevgi, gələcək və xoşbəxtliklə bağlı həyatından bəhs edilir. Serialda Emre Altuğ, Ece Erken, Arda Kural, Sinem Kobal və Sarp Leventoğlu kimi aktyorlar rol alıb.

Janr: komediya, dram, gənclik
Rejissor: Mustafa Altıoklar, Tuğba German
Rollarda: Mehmetcan Mincinozlu, Emre Altuğ, Akasya Asıltürkmen

Asmalı Konak (2002-2004) IMDb: 5,8

Asmalı Konak

Serial Seymen və Baharın sevgi hekayəsindən bəhs edir. Ameriakada başlayan bu sevgi Seymenin Kapadokyaya getməsi ilə sarsılır. Ancaq bahar sevdiyi adamdan əl çəkmir. Baş rollarda Özcan Deniz və Nurgül Yeşilçay çəkilib.

Janr: dram, romantik
Rejissor: Çağaan Irmaq
Rollarda: Özcan Deniz, Nurgül Yeşilçay, Selda Alkor

Muhteşem Yüzyıl (2011-2014) IMDb: 6,6

Muhteşem Yüzyıl

Serial Osmanlı sultanı Sultan Süleymanın hakimiyyəti illərindən bəhs edir. Osmanlının güclü dönəmində saray ərkanı və daxildə yaşanan mübarizələr, hərəm döyüşləri əks olunub. Serial 139 seriyadan ibarətdir.

Janr: dram, tarixi
Rejissor: Timur Savcı, Durul Taylan, Yağmur Taylan
Rollarda: Halit Ergenç, Nur Fettahoğlu, Selim Bayraktar

Kurtlar Vadisi (2003-2005) IMDb: 7,3

Kurtlar Vadisi

Bu serial möhtəşəm senarisi və aktyor heyəti ilə fərqlənir. Serialda Necati Şaşmaz, Özgü Namal, Gürkan Uygun və Oktay Kaynarca kimi aktyorlar rol alıb. Mafiya və dərin dövlət arasındakı hadisələrdən bəhs olunur.

Janr: cinayət, dram
Rejissor: Serdar Akar, Sadullah Şentürk
Rollarda: Oktay Kaynarca, Necati Şaşmaz, Özgü Namal, Gürkan Uygun

Kuzey Güney (2011-2013) IMDb: 7,6

Kuzey Güney

Kıvanç Tatlıtuğ serialda böyük aktyorluq performansı nümayiş etdirib. Kuzey və Güney qardaşları arasındakı anlaşılmazlıqlardan bəhs edir. Serial 61 bölümdən ibarətdir.

Janr: dram
Rejissor: Mehmet Ada Öztekin, Hilal Saral
Rollarda: Kıvanç Tatlıtuğ, Buğra Gülsoy, Öykü Karayel

Diriliş Ertuğrul (2014-2019) IMDb: 7,6

Diriliş Ertuğrul

Osmanlı imperiyasının əsasını qoyan Ertuğrul Qazinin mübarizəsindən bəhs edir. Serialda Engin Al tan,Kaan Taşaner, Esra Bilgiç, Hülya Darcan və Serdar Gökhan kimi aktyorlar rol alıb. 400 çadırlıq obasıyla yurd-yurd gəzən Ertuğrul, düşmənlərə qarşı mübarizə aparır.

Janr: tarixi
Rejissor: Mehmet Bozdağ
Rollarda: Engin Altan Düzyatan, Hülya Darcan, Cengiz Coşkun

Deli Yürek (1998-2002) IMDb: 7,7

Deli Yürek

Serialda baş rolu Kenan İmirzalıoğlu canlandırıb. Məhəllənin sevilən gənclərindən olan Yusufun əsgərlikdən qayıtdıqdan sonra mafiyaya daxil olması və böyük nüfuz qazanmasından bəhs edilir.

Janr: dram
Rejissor: Mustafa Şevki Doğan, Osman Sınav
Rollarda: Kenan İmirzalıoğlu, Kürşat Alnıaçık, Mehtap Bayri

Fİ (2017-2018) IMDb: 7,9

Fİ serial

Serial yazıçı Azra Kohenin Fİ, Çİ, Pİ əsəri əsasında lentə alınıb. Sevgi, ehtitas dolu ekran işidir.

Janr: dram, duyğusal
Rejissor: Mert Baykal
Rollarda: Ozan Güven, Serenay Sarıkaya, Mehmet Günsür

Ekmek Teknesi (2002-2005) IMDb: 8

Ekmek Teknesi

Məhəllə mədəniyyətini təsvir edən serialda Nusret Baba, Heredot Cevdet, Ruhi, Berber, Kiril kimi maraqlı obrazlar var. Mütəvazi və sakit həyat yaşayan məhəllə sakinlərinin həyatlarından bəhs olunur.

Janr: komediya, ailə
Rejissor: Osman Sınav, Sadullah, Şentürk, Gürsel Ateş, Metin Günay
Rollarda: Zafer Ergin, Gökhan Çelebi, Selin Dilmen

Poyraz Karayel (2015-2017) IMDb: 8

Poyraz Karayel

Serialda komik və dramatik səhnələr çoxdur. Oğluna və sevgisinə sahib çıxa bilmək üçün cəhd edən Poyrazın hekayəsindən bəhs edir.

Janr: dram
Rejissor: Çağrı Lostuvalı, Osman Taşçı
Rollarda: İlker Kaeli, Burçin Terezioğlu

Bizimkiler (1989-2002) IMDb: 8,2

Bizimkiler

Serial, məhəllə və qonşuluq mədəniyyətinin yaşandığı dönəmlərdə bir binada yaşayan 7 ailənin həyatından bəhs edir. Türkiyənin ən uzun seriallarından biridir. 15 mövsüm ərzində 458 seriyası nümayiş olunub.

Janr: dram, komediya, ailə
Rejissor: Yalçın Yelence, Erkavim Yıldırım
Rollarda: Ercan Yazgan, Halit Akçatepe, Cezmi Baskın

Börü (2018) IMDb: 8,2

Börü

6 bölümlük serial Orta şərqin barıt çəlləyi içərisində qəhrəmanlıqları ilə əfsanələşən polis komandası "Börü"nün uğurlu əməliyyatlarından bəhs edir. Baş rollarda Ahu Türkpençe, Serkan Çayoğlu və Murat Arkın çəkiliblər. Rejissoru və senari müəllifi Alper Çağlardır.

Janr: dram, polis
Rejissor: Alper Çağlar
Rollarda: Ahu Türkpençe, Serkan Çayoğlu, Emir Benderlioğlu

Suskunlar (2012) IMDb: 8,4

Suskunlar

Serial həm içərisindəki əhvalatları, həm də aktyorluq işi ilə izləyənləri heyrətləndirir. 4 azyaşlının islah yerinə düşərək orada çətin günlər yaşamalarından başlayır və intiqam hissi ilə alışıb yanan dostların bir araya gəlməsi ilə davam edir.

Janr: dram, macəra
Rejissor: Umur Turagay, Çağatay Tosun, Çağrı Lostuvalı, Hatice Memiş
Rollarda: Murat Yıldırım, Aslı Enver, Sarp Akkaya

Tatlı Hayat (2001-2004) IMDb: 8,4

Tatlı Hayat

Serial İhsan və Sevinç adlı cütlüyün birdən-birə varlanaraq gecəqondudan Etilerə köçməsi ilə başlayır. Bahalı həyata öyrəşmək komedik olaylarla təzahür edir. Baş rollarda Haluk Bilginer və Türkan Şoray yer alıblar.

Janr: komediya
Rejissor: Bora Tekay, Birkan Uz
Rollarda: Sevinç Aktansel, Aslı Altaylar, Ceyda Ateş

Avrupa Yakası (2004-2009) IMDb: 8,5

Avrupa Yakası

Serialda Ata Demirer, Hasibe Eren, Engin Günaydın, Gülse Birsel və Gazanfer Özcan kimi aktyorlar rol alıb. Aslının işlədiyi "Avrupa Yakası" adlı dərgidə çalışanların başlarına gələn komedik olaylar təsvir edilib. Engin Günaydın mükəmməl aktyorluq keyfiyyəti nümayiş etdirib.

Janr: komediya
Rejissor: Jale Atabey Özberk
Rollarda: Gülse Birsel, Ata Demirer, Levent Üzümcü, Hale Caneroğlu

Bir Demet Tiyatro (1995-2002) IMDb: 8,5

Bir Demet Tiyatro

B mövsüm davam edən serialın hər bölümündə maraqlı, komedik hadisələr təsvir olunub. Çıtır ailəsinin başına müxtəlif maraqlı hadisələr gəlir.

Janr: komediya
Rejissor: Sevgi Birsel
Rollarda: Yılmaz Erdoğan, Demet Akbağ, Olgun Şimşek

Kardeş Payı (2014-2015) IMDb: 8,6

Kardeş Payı

Serial məhəllə sakinləri, xüsusən də Metin, Ali və Feyzanın həyatından bəhs edir. Dünyaya sülh və xoşbəxtlik gətirmək üçün mühərrik düzəldən Metin və Ali məhəlləni bir-birinə qatırlar.

Janr: komediya
Rejissor: Selçuk Aydemir
Rollarda: Ahmet Kural, Murat Cemcir, Seda Bakan

Masum (2017) IMDb: 6,6

Masum dizi

Serialda baş rolları Haluk Bilginer, Ali Atay, Okan Yalabık və Serkan Keskin canlandırıblar. Təqaüddə olan polis komissraı Cevdet və ailəsi ilə bağlı hadisələr təsvir olunub. Serial 8 bölümdən ibarətdir. Netflix və Blu TV-də yayımlanır.

Janr: dram, triller
Rejissor: Seren Yüce
Rollarda: Haluk Bilginer, Nur Sürer, Ali Atay

Ezel (2009-2011) IMDb: 8,6

Ezel serial

Serial dostları və sevdiyi "Eyşan" tərəfindən xəyanətə uğrayan Ömerin hekayəsindən bəhs edir. Ramiz Karaeski sayəsində həyata qayıdan Ömer keçmiş dostlarının qarşısına Ezel olaraq çıxır.

Janr: dram
Rejissor: Uluç Bayraktar
Rollarda: Tuncel Kurtiz, Kenan İmirzalıoğlu, Cansu Dere

7 Numara (2000-2003) IMDb: 8,7

7 Numara

Serial universitet oxumaq üçün İstanbula gələn 4 qızın həyatından bəhs edir. Onlar uzun müddət münasib ev tapa bilmirlər. Nəhayət, Vahit və Zeriha adlı admalrın iki mərtbəli 7 nömrəli evində yaşayırlar. Bu zaman Vahit bəyin qohumları da evin alt mərtəbəsinə köçür. Bundan sonra maraqlı olaylar baş verir.

Janr: dram, komediya, ailə
Rejissor: Sadullah Celen
Rollarda: Nuray Uslu, Volkan Adıyaman, Engin Hepileri

Behzat Ç.: Bir Ankara Polisiyesi (2010-2019) IMDb: 8,7

Behzat Ç.: Bir Ankara Polisiyesi

Serial ötürdüyü mesajlar və əfsanə replikaları ilə Türkiyə serial tarixinin ən böyük ekran işlərindən biridir. Serialda Erdal Beşikçioğlu, Sezin Akbaşoğulları və Berkan Şal kimi aktyorlar rol alıb. Baş komissra Behzat və komandasının hekayələri təsvir edilib.

Janr: polis
Rejissor: Serdar Akar, Doğan Ümit Karaca, Sadullah Şentürk
Rollarda: Erdal Beşikçioğlu, İnanç Konukçu, Ege Aydan

Süper Baba (1993-1997) IMDb: 8,7

Süper Baba

Serialda Şevket Altuğ, Sümer Tılmaç və Jülide Kural kimi aktyorlar rol alıb. Vaxtıykən sevdiyi İpək ilə deyil, varlı bir qadınla evlənən Fikrətin həyatından bəhs edilir. İpəki yenə də sevən Fikrət arvadından boşanıb 3 övladı ilə birlikdə yaşayır. Onları saxlamaq üçün gecə-gündüz işləyir.

Janr: dram, ailə
Rejissor: Kartal Tibet, Osman Sınav
Rollarda: Şevket Altuğ, Sümer Tılmaç, Payende Çizmeci

Leyla ile Mecnun (2011-2014) IMDb: 9,1

Leyla ile Mecnun

Serial absurd komediya janrında çəkilmiş uğurlu ekran işidir. 100-dən artıq bölümdən ibarətdir. Serialda bir neçə maraqlı obraz var. Ali Atay, Ahmet Mümtaz Taylan və Serkan Keskin kimi aktyorlar əsas rolları canlandırıb.

Janr: dram, komediya, macəra
Rejissor: Onur Ünlü, Murat Oribul, Yüksel Aksu, Eyüp Boz
Rollarda: Ali Altay, Ahmet Mümtaz Taylan, Serkan Keskin

Şahsiyet (2018) IMDb: 9,2

Şahsiyet

Sakit həyat yaşayan Agah bəy ona qoyulan Alzheimer diaqnozundan sonra sarsılır. Keçmişini unutmaqdan qorxan Agah bəy, düşünür ki, bəzi cinayətlərə əl atsa, vicdan əzabı çəkməyəcək, çünki o əməllərini unudacaq. O, dərhal hərəkətə keçir.

Janr: dram, triller
Rejissor: Onur Saylak
Rollarda: Haluk Bilginer, Cansu Dere, Metin Akdülger

Serial mövzusunda digər paylaşımlarımız:

Məqaləyə emosiya bildir:
2 il əvvəl
9287 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 961
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5692
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1744
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6850
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2522