Evliliyi bitirən 9 səbəb

Dövrümüzdəki evliliklər keçmişdəki ilə müqayisədə daha davamsızdır. Bunun hansı səbəbləri var?

Evlilik münasibətinin sona çatmasının hər dövrə uyğun olaraq müxtəlif səbəbləri var. Məsələn, hazırda sosial şəbəkələr ailələri dağıda bilirsə, 20 il əvvəl belə anlayış yox idi. Boşanmanın zamana müvafiq olaraq əsas səbəbləri mövcuddur.

1. İqtisadi səbəblər

İnkişaf etmiş ölkələrdə digər ölkələrlə müqayisədə boşanma daha çoxdur. Çünki bu cür ölkələrdə qadın iqtisadi azadlığa sahibdir. Kişiylə bərabər qadının da güclü, dayanıqlı olması söz-söhbət yaradır. İqtisadi sıxıntı yaşayan ailələrdə də boşanmalara çox rast gəlinir.

Evlilik İqtisadi səbəblər

2. Mədəniyyət fərqlilikləri

Fərqli mədəniyyətlərə sahib insanlar arasında anlaşılmazlıq yaranır. Mədəniyyət, inanc, məzhəb fərqləri olan cütlüklər qısa müddətdə ayrıla bilərlər.

Evlilik Mədəniyyət fərqlilikləri

3. Erkən və ya gec yaşda baş tutan evliliklər

Erkən yaşda reallaşan evliliklər gənclərin səhv qərarlarından irəli gəlir. Qısa müddət sonra peşman olurlar. Gec yaşda evlənənlər də boşanma riskiylə üz-üzə qalırlar. 30 yaşınadək tək yaşayan kişi və ya qadın azadlığa öyrəşib. Evlilik ona çətinlik yarada bilər.

Erkən və ya gec yaşda baş tutan evliliklər

4. Evlənənlərin ailələriylə birlikdə yaşaması

Bu, böyük problemlər yaradır. Qələbəlik, hər ağızdan bir söz çıxması yeni evlənmiş cütlüklər üçün təhlükəlidir. Kişinin ailə qurduqdan sonra valideynləriylə birgə yaşaması qadına çətinlik yarada bilər.

Evlənənlərin ailələriylə birlikdə yaşaması

5. Pis vərdişlər

Tərəflərdən birinin spirtli içki, qumar kimi pis vərdişləri varsa, bu, ailədə hüzursuzluq yaradır.

Pis vərdişlər

6. Xəyanət və virtual həyat

Xəyanət anlayışının miqyası dəyişir. İnternet erasında yaşayırıq. Evli insanlar sosial şəbəkələrdə çoxlu vaxt keçirə, hətta sevgili axtara bilərlər. Bu isə boşanma ilə nəticələnir.

Xəyanət və virtual həyat

7. İfrat qısqanclıq

İfrat qısqanclıq əslində inamsızlıqdan qaynaqlanır. Bu problem ailədaxili şiddətə səbəb ola bilər və boşanmayla nəticələnər.

İfrat qısqanclıq

8. Ərlə arvadın xarakterlərinin uyğunsuzluğu

Sevgidə fərqli qütblər problem yaradır. Ailədə anlaşılmazlığa səbəb olur. Bunu azaltmaq üçün hər iki tərəf öhdəsinə düşənləri etməlidir.

Ərlə arvadın xarakterlərinin uyğunsuzluğu

9. Tərəflərin bir-birinə vaxt ayırmaması

Ər və arvadın çox işləməsi, başqalarıyla vaxt keçirməsi problemlər yarada bilər. Eqoist olmamaq, empatiya qurmaq lazımdır.

Tərəflərin bir-birinə vaxt ayırmaması

Məqaləyə emosiya bildir:
emotion
13
emotion
1
emotion
1
emotion
2
emotion
3
emotion
7
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
5016 dəfə oxundu
ilk.az-çılar nə deyir?