Gözü orda-burda olan kişini özünə bağlamağın 10 yolu
Kişilər də qadınlar kimi sevmədikləri insanlara bağlanmırlar. Nəticə etibarı ilə gözləri başqalarında olan bir kişiylə birlikdə yaşaya bilərsiniz. Bu səbəbdən aranızda güvənsizlik kimi hisslər ön plana çıxar və münasibətiniz kökündən laxlayar. Gözü başqa qadınlarda olan kişiləri özünüzə bağlamağın yollarını təqdim edirik.
1. Onu sıxışdırmayın
Gün ərzində onu gərəkli-gərəksiz mesajlarınızla yormayın. Daim zəng edib “Haradasan?”, “Məndən ötrü darıxmırsan?”, “Məni sevirsən?”, “Yanında başqa qadın var?” deyə soruşmayın. Bu cür mesajlarla nə sizi daha çox sevməsinə, nə də sizdən ötrü darıxmasına nail ola bilərsiniz. Gün ərzində mesaj yazmayın və zəng etməyin. İnanın ki, o özü sizə zəng edəcək.
2. Gülərüz olun
Heç vaxt onu soyuq qarşılamayın. Üzünüzdə təbəssümm olsun. Soyuqqanlı və quru olsa da, əhvalınızı pozmayın. Yorğun ola, işdə problemlər yaşaya bilər. Kefsizliyinin səbəbi siz deyil, gün ərzində baş verənlərdir.
3. Makiyajınızı onun üçün edin
Bazara getdiyiniz zaman belə etdiyiniz makiyajı həyat yoldaşınız evə gəlməzdən əvvəl də edin. Qoy onun üçün hazırlaşdığınızı, səy göstərdiyinizi başa düşsün. Xüsusilə onun üçün bəzəndiyinizin fərqinə varsın. Birlikdə evdən çıxarkən “Tez ol, bir dəfə də tez çıx evdən!” deyir, lakin makiyajı başqaları üçün deyil, onun üçün etdiyinizi hiss etdirə bilsəniz, sizi tələsdirməyəcək.
4. Həyəcanverici olun
Bu qaydanı mütləq yadda saxlayın. Unutmayın ki, ətrafda onun diqqətini çəkə biləcək yüzlərlə qadın var. Ona görə də hər zaman öz gözəlliyinizlə onu təəccübləndirməyə və həyəcanlandırmağa çalışın.
5. Onu xoşbəxt edin
Unutmayın ki, cinsi əlaqə münasibətlərdə olduqca vacibdir. Əgər partnyorunuzun sizi xoşbəxt etməsini istəyirsinizsə, siz də onu yataqda sevindirməlisiniz. Cinsi əlaqəni özünüzə əmin halda reallaşdırın. Kiçik detallara qapılmayın.
6. Yataq otağınız azad zonanız olsun
Yataq otağınızda heç vaxt dava etməyin. Unutmayın ki, yataq otağı yalnız yatdığınız yer deyil. Qoy məhrəminiz olan o şəxsi otaq sizin azad zonanız olsun. Özünüzü ona təslim edin və bəzən də ondan özünü sizə təslim etməsini xahiş edin.
7. Kiçik toxunuşlar edin
Toxunmaqla, öpməklə və sığallamaqla diqqətinizi göstərin. Unutmayın, kişilər sığallanmağı xoşlayırlar. İstənilən bir təmas kişinin diqqətini cəlb edəcək. Beləliklə, daha güclü bir əlaqəniz olacaq.
8. Sevişərkən kiçik oyunlarınız olsun
Kiçik oyunlarla cinsi həyatınızı rəngləndirə bilərsiniz. Bu, münasibətinizi daha canlı tutacaq. Adi və rəngsiz cinsi həyat münasibətlərdə məyusluğa səbəb olur. Sonra ərim məni niyə aldatdı deməyin. Unutmayın ki, kişilər daim acdırlar. Doyuzdurmasanız, gözləri orda-burda olacaq.
9. Nələri bəyəndiyinə diqqət edin
Yadda saxlamağınız vacib olan digər vacib şey öpüşmə tərzinizdir. Bəzi kişilər sərt öpüşləri, bəziləri isə xəfif öpüşləri sevir. Seksdə sevmədikləri şeylərə diqqət yetirin və onları tətbiq etməyin.
10. Təbii olun
Təbii olmaq kişiləri özünə bağlamağın yollarından biridir. Kişinin ən çox qorxduğu şey makiyajın altından gözləmədiyi bir şeyin çıxmasıdır. Bu səbəbdən makiyaj edərkən əndazəni aşmamağınız çox vacibdir.
Məqaləyə emosiya bildir:
5293 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)