Hamiləlik dövründə ürək müayinəsi

Yenilənmə tarixi: 2022-06-14

Adətən Hamilə qadınlar fiziki aktivlik zamanı ürək damar sistemində baş verən dəyişiklərlə bağlı tənginəfəslik ürəkdöyünmə kimi simptomlarla bizə müraciət edir.

Mütəxəssis İnvaziv Kardioloq Dr. Gülanə Ağayeva öz səhifəsində hamilə xanımlar üçün bir məqalə paylaşıb. Həmin məqaləni sizinlə paylaşırıq.

"Bu simptomlar hamiləlik zamanı yaranan fizioloji dəyişikliklərlə də bağlı ola bilər və yaxud ürək-damar sistemində hər hansı xəsətliklə də əlaqədar ola bilər. Sinə ağrıları, istirahətdə təngnəfəslik, gecə yuxudan oyanan təngnəfəslik, uzun sürən tutmalar şəklində ürək döyüntüsü, yüksək təzyiqin hər zaman qiymətləndirilməsi lazım olduğunu ifadə edən Dr. Bunlara əlavə olaraq həkim müayinəsində anormal sayılacaq səs-küylərin olması, gözləyən anada siyanoz deyilən dil və dodaqlarda göyərmələr də ürək xəstəliyinin əlamətləri ola bilər.

Hamiləlikdə ürək müayinəsi

"Anadangəlmə ürək xəstəlikləri və revmatik qapaq xəstəlikləri tez-tez qarşılaşdığımız xəstəliklərdir. Ancaq kardiomiopatiyalar, yəni ürək əzələsi xəstəlikləri də çox rast gəlinməsə də ürək çatışmazlığı ilə nəticələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ürək çatışmazlığı yarıya qədər yaxşılaşa bilər. Hipertansiyon hamilə qadınların təxminən onda birini təsir edən əhəmiyyətli bir problemdir.

Bəzi ürək damar sistemi xəstəlikləri hamiləlik dönəmində orqanizmdə baş verən dəyişikliklərə bağlı olaraq ortaya çıxır ki, bu da doğuşda və ya keysəriyyə əməliyyatı zamanı ciddi problemlər yarada bilir.

Hamiləlik müayinə

"Bu gün bir çox ürək xəstələri yaxından izləmə ilə heç bir problem olmadan və ya çox az problemlə hamiləliyini tamamlaya bilir. Lakin ağır ürək çatışmazlığı, korreksiya edilməmiş anadangəlmə ürək xəstəliyi, ağır ağciyər təzyiqi, ağır ürək qapaq darlığı olanlara hamiləlik tövsiyə edilmir. Hamiləlikdən əvvəl həkimləri ilə məsləhətləşmək və xəstəliklərinin şiddətini qiymətləndirmək çox faydalıdır. Üstəlik bu qiymətləndirmə ilə doğumun hansı üsulun daha rahat keçəcəyinə qərar vermək olar.Ətraflı fiziki müayinədən sonra Xəstənin bu xəstəlikləri lazım gələrsə EKQ və ekokardiyografi kimi testlərlə qiymətləndirilə bilər.

Bütün xanımlara hamiləlik müddətində kardioloji müayinədən keçməyi tövsiyə edirik.

Bu gələcəkdə yaranacaq problemi vaxtında aradan qaldırmaq üçün vacib addımdır."

Hamiləliklə əlaqəli digər məqaləmiz:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
6562 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Aynur (3 il əvvəl)
Çox sağolun dəyərli fikirləriniz üçün.
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 946
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1262
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1342
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1081