İlk illərə diqqət! Xoşbəxt evliliyin sirri

Bir çox cütlük gözəl gələcək xəyaı ilə evlənir. Bəs nikah şəhadətnaməsinə imza atarkən xoşbəxt evlilik arzusunda olan hər bir cütlük qarşıdakı illərdə gözləntilərinə nail olurmu? Bunun üçün nələrə diqqət edilməlidir? Psixoloq Hande Nacar Baş xoşbəxt evliliyin sirləri haqqında məlumat verib.

Nağıl, yoxsa həqiqət?

Xoşbəxt evlilik

Uzun və sağlam ailə həyatının təməli evliliyin ilk illərində qoyulur. Nağıllarda və filmlərdə olduğu kimi uzun, xoşbəxt və mükəmməl evlilik arzusunda olmaq real olmayan gözləntilər yaradır. Evliliyin təməlinin qoyulduğu ilk illər münasibətlərin necə formalaşacağını müəyyənləşdirir. Birlikdə zaman keçirən, öz hobbiləri olan, fiziki təmaslara önəm verən cütlərin evliliyi daha uzun olur.

Evliliyin ilk dövründə cütlüklər öz ailələrində gördükləri, oxuduqları kitablar və baxdıqları filmlərə görə xəyallarında evlilik həyatı gözləyirlər. “Onlar kimi olmamalıyıq” və ya “Eynilə onlara bənzəməliyik” planları ilə ideal evlilik xəyalları qurulur. Bununla belə, sonsuzadək da xoşbəxt yaşayacağına dair qeyri- real gözləntilər nikahlara zərbə vura bilər.

Senzurasız tanınma dövrünün zərəri

Xoşbəxt evliliyin sirri

Evliliyin ilk illəri cütlüklərin "senzura olmadan bir-birlərini tanıdıqları" dövrdür. İki insanın bir-birini daha yaxından tanıdığı bu ilk illər problemlər də gətirə bilər. Əbədi xoşbəxtlik xəyalı ilə başlayan evlilik, məhz bu səbəbdən qısa zamanda münaqişələrlə dolu bir prosesə çevrilə bilər. Cütlüklər xəyal etdikləri evlilikdən uzaqlaşdıqca məyusluq yaşamağa başlayırlar. Ümid etdikləri evliliyə nail olmadıqlarını düşünürlər. Digər tərəfdən, evlilik bu ziddiyyətli proseslərlə güclənir və təkmilləşir.

Sevgi və hörməti itirməyin

Sevgi və hörməti itirməyin

İlk illərdə yaşanan bu münaqişələrdən ən az zərərlə çıxmaq, hörmət və sevgini itirmədən problemləri həll etməyə çalışmaq sağlam evliliyə gedən yola döşənən daşlardır. Bu dövrdə yaşanan problemləri “ailə problemləri, maddi problemlər, cinsi problemlər, rutinləşmə və qarşı tərəfi öz istəklərinə uyğun dəyişməyə çalışmaq” kimi qruplaşdırmaq olar.

Yaşanan problemləri minimuma endirmək üçün cütlüklər "biz" olma şüuruna sahib olmalıdırlar. Bunun üçün tərəflərin nikahdan əvvəlki kimi münasibətlərinə sərmayə qoymağa davam etmələrii böyük əhəmiyyət kəsb edir. Birlikdə vaxt keçirmək, bir-birini daha yaxından tanımaq üçün səy göstərmək, bir-birinin dərdinə şərik çıxmaq, uğurlarını qiymətləndirmək münasibətlərinin “biz” hissəsini gücləndirir. Rutinləşməmək üçün birlikdə bir hobbiylə məşğul olmaq da cütlüklərin evlilik keyfiyyətini artırır.

Fiziki təmas vacibdir

Bir-biri ilə daha tez-tez fiziki təmasda olan cütlüklərin daha xoşbəxt olduğu düşünülür. Həyat yoldaşına toxunmaqdan, onun əlindən tutmaqdan, qucaqlamaqdan və cinsi əlaqədə olmaqdan zövq alan şəxs özünü daha yaxşı hiss edir. Cinsi əlaqəyə kifayət qədər əhəmiyyət verməyən cütlüklər bir-birindən uzaqlaşır və bu, evlilikdə aidiyyət hissinin azalmasına səbəb olur.

Xoşbəxt cütlüklərlə daha çox görüşün

Cütlüklərin xoşbəxt cütlüklərlə dostluq etmələri də onların münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Öz şəxsi sahələri olan, partnyoru olmadan sosiallaşan, hobbi ilə məşğul olan cütlüklər münasibətlərini daha sağlam şəkildə davam etdirirlər. Evliliyin uzun bir yol olduğunu unutmayan və zaman-zaman dolanbaclı yollardan keçəcəklərini bilən cütlüklər böyük səhvlər etməmək, partnyoruna olan hörmətini itirməmək üçün daha diqqətli olurlar.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
1858 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 5 ay əvvəl
  • 695
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 631
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 835
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1120
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 10 ay əvvəl
  • 2182
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1427