Keçmiş sevgili ilə necə barışmaq olar?

Yenilənmə tarixi: 2022-08-24

Unuda bilmədiyiniz keçmiş sevgilinizlə barışmaq istəyirsinizsə, onunla ünsiyyət qurmadan əvvəl bəzi şeyləri bilməlisiniz.

Uzun müddət bir yerdə olduğunuz sevgilinizi unutmağı bacarmırsınızsa, onunla yenidən görüşmək niyyətiniz varsa, bu yazıya diqqət edin. Aşağıdakı detallara nəzər salaraq keçmiş sevgilinizlə əlaqənizi bərpa edə bilərsiniz.

Pis danışmaqdan əl çəkin

Onu tamamən itirmək istəmirsinizsə, buna cəhd edin. Sevdiyiniz şəxsin dostlarına sizin haqqınızda pis şeylər danışdığını və sizə mənfi mesajlar yazdığını, yaxud sirrinizi hər kəsə açdığını düşünün. Bunu ona əsla etməyin. Çalışın daim xoş sözlər istifadə edin. Bunun üçün Həyat yoldaşına gözəl sözlər - Həyat yoldaşına söylənən eşq sözləri, evlilik sözləri məqaləmizi ziyarət edin, biz sizə yardımcı olarıq.

Ona vaxt verin

Keçmiş sevgili ilə barışmağın yolları

Yaşadıqlarınızdan sonra keçmiş sevgilinizin zamana ehtiyacı olduğunu anlayıb ona bu şəraiti yaratmalısınız. Qoyun sizin üçün darıxsın. Onsuz qala bilmədiyinizi anladıqda mesaj yazın.

Münasibətdə qazanan və ya itirən olmur

Keçmiş sevgili ilə yenidən başlamaq

Münasibətinizi bir futbol oyunu kimi düşünməyin. Əlaqənin qalibi və ya məğlubu olmur. Bir münasibəti qarşılıqlı inkişaf və mübarizə kombinasiyası kimi görməmək olduqca səhv yanaşmadır.

Özünüzə vaxt ayırın

Özünüzə vaxt ayırın

Həftə sonu planları qurduqda və ya hansısa əyləncə mərasimlərinə qatılmağa hazırlaşdıqda əvvəlkinə nisbətən özünüzü tənha hiss edirsiniz. Lakin tək qaldıqda özünüzü sevməyi öyrənməlisiniz. Yeni dostlarla tanışlıq, fərqli hobbilər məqsədəuyğundur.

Problemlərinizin həll olunub-olunmayacağını dəyərləndirin

Keçmiş sevgili ilə danışmaq

Problemlərinizi nəzərdən keçirin. Kiçik problemlər asanlıqla həll edilə bilər. Ancaq gələcək planlarınızla bağlı böyük problemləriniz varsa (məsələn, uşaq sahibi olmaq və ya haradasa yaşamaq istəyi), böyük ehtimalla, eyni dərəcədə qayğılı olacaqsınız. Öz yolunuza baxmağı düşünməlisiniz.

Yeni görüş nöqtəsi seçin

Keçmiş sevgili ilə görüşmək

Gur işıqlı şamlar, iri stollu restoranlar ayrılıqdan sonra ilk görüşlər üçün yaxşı seçim olmaya bilər. Bunun əvəzinə, yeni məkan nəzərdən keçirin.

Məqaləyə emosiya bildir:
emotion
11
emotion
4
emotion
2
emotion
2
emotion
4
emotion
0
emotion
20
Dostlarınla paylaş:
3 il əvvəl
7616 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
aytən (1 ay əvvəl)
Sevgisiz çox çətindi yaşamaq olmur
aytac (10 ay əvvəl)
ayrilqiqim inasnla bir daha barismaq isdirem