Keçmiş sevgili niyə izlənilir?
Sizdən ayrılan həyat yoldaşınızın və ya sevgilinizin ayrılmaq tərzi onu xarakterizə edir. Ayrılan sevgililər bəzən bitən münasibətlərə yas saxlayırlar. Belə də olmalıdır. Çünki əziyyət var, ortaq keçmiş var, ortaq duyğular var, ortaq həyat sahələri var, ortaq dil var, ortaq musiqi var. Çox şey var.
Bitən münasibətin ardından tərəflərin məsuliyyəti davam edir. Bəzən isə müxtəlif səbəblərdən dolayı müəyyən səhvlər edilə bilər. Həmin səhvlərdən bəziləri:
- Dərhal yeni sevgili tapmaq
- "Onsuz da səni sevmirdim" demək
- "Bir-birimizə uyğun deyildik" demək
- Münasibəti digər şəxslərə anlatmaq
- Yalan məlumatlar vermək
- Özünü haqlı göstərmək üçün qarşı tərəfi günahlandırmaq
- Onu izləmək
Yaşadığın münasibət sənin keçmişindir. Ona hörmət etməmək keçmişinə hörmət etməməkdir. Daha əvvəl həyatına girən birini aşağılayarkən unutma ki, insanlar da sənin bunları düşünür: deməli, sən özünə bunu layiq gördün. O qədər pis idisə, niyə onu seçdin? Unutma ki, keçmiş münasibətin hər necə olsa da, sənin keçmişinin bir hissəsidir.
Digər bir məqam isə bitən münasibətdən sonra dərhal yeni sevgili tapmaqdır. Ayrılığa və sevgidəki boşluğa öyrəşə bilməyənlər bu yola əl atırlar. Dərhal biri ilə münasibət qurmaqdansa özünə istirahət vermək gərəkdir.
Keçmiş sevgiliniz sizdən sonra çox gözləmədən yeni sevgili tapırsa, bu sizinlə deyil, onunla əlaqəlidir. Əksəriyyət bu durumu özünə verilən dəyər və sevilmək nisbəti ilə ölçür. Hətta "bu qədər asan idimi?" deyə düşünür. Sizdən sonra dərhal sevgili tapmağı sizin dəyərinizi deyil, onun şəxsiyyətini göstərir.
Ayrılıqdan sonra qarşı tərəfin yaşadıqlarını özünüzə dərd etsəniz, davamlı olaraq onu izləyərsiniz. Adətən onun atdığı addımlarla özünüzü testdən keçirərsiniz. Onun etdikləri ilə özünüzə dəyər biçərsiniz. Əgər üzgündürsə, həyatına kimsəni qəbul etmirsə, bundan sevinər və özünüzü dəyərli hiss edərsiniz. Dərhal sevgili tapıbsa, özünüzü dəyərsiz hiss edər və kədərlənərsiniz. Bu hissləri yaşamağınızın əsas səbəbi isə onu izləməyiniz və ondan davamlı şəkildə xəbər tutmağınızdır. Məsələn, ayrılıqdan sonra keçmiş sevgilinz facebook-da əyləncəli bir musiqi paylaşsa, bunu özünüzə qarşı bir addım kimi dəyərləndirə bilərsiniz.
Ayrılıqdan sonra qarşı tərəfdən gələn müsbət və ya mənfi şeylərə qarşı qərarlı və soyuqqanlı olmağınız lazımdır. Tənqidlərə, dedi-qodulara, iftiralara qarşı dik dayanmaq və onları eyninə almamaq lazımdır.
Məqaləyə emosiya bildir:
3255 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)