Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Kişi-qadın münasibətlərində seksin əvəzolunmaz yeri olduğu hamıya məlum məsələdir. Bu munasibətdə təbii olaraq həm kişi, həm də qadın müəyyən səhvlərə yol verə bilir.

Qadınların yataqda etdiyi 10 səhvi sizə təqdim edirik:

1. İntim münasibətə başlamağı hər zaman qarşınızdakından gözləməyin.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Qarşılıqlı istək yarandıqda özünüzü ifadə etməkdən çəkinməyin və bundan həzz almağı bacarın. Lazım olsa, anlaşılmazlığı qarşınızdakı ilə paylaşın. Onun fikirləri sizi rahatlaşdıracaq.

2. Qadınların cinsi münasibətdə passiv olmaları sadəcə əfsanədir.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Həddi aşmağın yolu intim münasibətlərdir. Qarşınızdakına duyğu və hislərinizi açıq bildirin. Münasibət əsnasında istədiyiniz və arzuladığınız davranışları qarşınızdakına göstərin. Yoldaşınızın da istəyini öyrənin. Çox kişinin fəal və anlayışlı qadın arzuladığını untmayın.

3. Qadın və kişinin anatomik quruluşu kimi,intim fiziologiyası da fərqlidir.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Buna görə də, cinsi istək, bildiriş və orqazm “mexanizm”ləri fərqlidir. Ola bilər ki, əks cins qədər tez, asan və fiziki mənada anlaşılmaya biləsiniz. Əlaqənizə mütləq əvvəlcə sevişmə və romantizm əlavə etməlisiniz. Lazım olsa, əks tərəflə danışıb sizi “oyandıran” hərəkətləri bildirməlisiniz.

4. Bir çox qadın qarşısındakının cinsi fəallığını özününkündən vacib sayır.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Partnyorun “oyandırılması” və orqazm qadınlar üçün daha vacib ola bilər. Əslində isə intim münasibətlər cütlüyə aiddir. Hər iki tərəfin məmnun, rahat olması intim istəyi daha da artırır. Bu cütlükləri bir birinə daha sıx bağlayır və münasibəti möhkəmləndirir. Buna görə də, “oyanma”, cinsi istək və orqazmla bağlı probleminiz varsa, problemi həll etməyə gecikməyin, yoldaşınıza yaxşılıq etməyi düşünməyin. Mütləq problemi yoldaşınızla paylaşın, lazım gələrsə mütəxəssisə müraciət edin.

5. İdeal imic məsələsi özünüzə inamı azaldıb, cinsi istəyinizin azalmasına səbəb ola bilər.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Özünüzə inamın azalması nəticəsində normal davranmamanız yoldaşınızn da cinsi istəyini azalda bilər. Zehni cəlbetmənin ən az fiziki cəlbetmə qədər önəmli olduğunu unutmayın. Xarici görünüşünüzə önəm verin, ama həddini aşmayın.

6. İntim münasibətləri zaman, məkan və şərtlərin uyğun olduğu ana saxlamayın.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Çox yorğun olsanız da, özünüzü baxımsız hiss etsəniz də, sevgi hislərini təxirə salmayın. Münasibətlərinizə sürpriz qatın, yoldaşınızı təəccübləndirin.

7. Cinsi probleminiz olduğunda, onu yoldaşınızla paylaşın.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Cinsi problemlər cütlükləri bir birindən uzaqlaşdıra bilər. Bu problemlər münasibətlərə son qoya bilər. Səbəb nə olursa olsun, onunla danışın, paylaşın, başa salın. Cinsi probleminizin münasibətinizə təsir etməsinə şərait yaratmayın. Lazım olsa, professional məsləhət alın.

8. Stress, gərginlik, narahatçılıq, hirs qadın və kişilərdə cinsi problemə səbəb olur.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Xroniki stress həm psixoloji təsir göstərərək, həm də hormonal sistəmə təsir edərək kişilərdə erkən boşalma, sərtləşmə kimi, qadınlarda isə cinsi istəksizlik, oyandırma və orqazm problemi kimi cinsi sıxıntı yaradır. Buna görə də intim həyatınıza stressi yaxın buraxmayın.

9. Cinsi performans fiziki problemlər qədər yuxu səviyyəsi, duyğusallıq, şərait və s.dən aslıdır.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Partnyorunuz cinsi münasibətə hər zaman hazır olmaya bilər. Bunu rədd edilmək kimi qəbul etməyin. Probleminiz böyüyür və həll edə bilmirsinizə, məsləhət alın.

10. Bir çox insanlar kişilərin intim münasibətlərə “yaxşı performans” kimi yanaşdığını düşünürlər.

Kişi qadın münasibətində qadının yataqda etdiyi 10 səhv!

Əslində isə, o performans zamanla olur. Əsas odur ki, cütlük bir yerdədir və bu zamandan həzz alırlar. Buna görə də özünüzdə fiiziki və psixoloji fikirlər yaradıb, cinsi münasibətlərinizi korlamayın.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
24228 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 8 ay əvvəl
  • 1052
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 8 ay əvvəl
  • 962
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 9 ay əvvəl
  • 1133
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 11 ay əvvəl
  • 1496
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2517
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1697