Kişilər niyə diqqətsiz davranırlar?

Yenilənmə tarixi: 2023-09-04

Bir çox qadın münasibətdə olduğu kişinin diqqətsiz olmasında əziyyət çəkir. Bəs kişilər niyə diqqətsizlik edirlər?

Bir münasibətdə qadınlar üçün ən vacib məqamlardan biri də diqqətdir. Qadınlara diqqətsiz münasibət göstərmək onları xəyal qırıqlığına uğradır. Diqqət görməyən qadın kişini həyatından uzaqlaşdıra bilər. Bəs kişilər niyə diqqətsiz davranırlar? Bunun səbəblərini təqdim edirik.

Kişilər niyə diqqətsiz davranırlar?

Qadınlarla münasibətdə diqqətsizlik edən kişilər iki yerə ayrılır. İlk olaraq kişinin qadınla cinsi münasibətdə olana qədər diqqətli davranması, əlaqədə olduqdan sonra isə soyuq davranması gəlir. Belə kişilər baxış bucaqlarından dolayı təhlükəlidir. Onlarla münasibəti kəsmək, onlara dərs vermək lazımdır. Kim bilir, bəlkə bir gün ağılları başlarına gələcək.

Kişilərin diqqətsiz davranması fərdi şəxsiyyət xüsusiyyətlərini, təcrübələri, sosial qarşılıqlı əlaqələri və mədəni amilləri əhatə edən çox mürəkkəb bir məsələdir. "Kişilər niyə diqqətsiz davranırlar?" Sualın cavabını ümumiləşdirməzdən əvvəl bir neçə məqamı nəzərə almaq vacibdir:

Fərdi Fərqlər: Kişilərin davranışlarında böyük fərqlər var. İnsanın diqqətsiz olmasının səbəbləri o insanın xarakterindən, həyat təcrübəsindən, vəziyyətindən asılı ola bilər.

Sosial və Mədəni Təsirlər: Cəmiyyətin gender rolları və gözləntiləri onların kişilərin necə davranmalı olduğuna dair təsəvvürlərinə təsir edə bilər. Bəzi cəmiyyətlərdə "kişilik" anlayışı emosional ifadəni məhdudlaşdıran və ya zehinliliyə mənfi təsir göstərən normalarla əlaqələndirilə bilər.

Ünsiyyət üslubları: Ünsiyyət üslubları kişilər və qadınlar arasında fərqli ola bilər. Bəzi kişilər öz hisslərini və ya fikirlərini bölüşməkdə daha az rahat hiss edə bilər və bu, ehtiyatsız davranışlara səbəb ola bilər.

Stress və Təzyiq: Stress, iş yükü və ya həyatın digər təzyiqləri hər kəsin diqqətini yayındıra və diqqətsiz davranmasına səbəb ola bilər.

Sevgi kifayət etməyə bilər

kişi və qadın yataqda

Qarşınızdakı kişi sizi sevə, dəyər verə bilər. Bir müddət sonra sizə əvvəlki diqqəti göstərmirsə, bunun səbəbləri müxtəlifdir. Həyatınızdakı kişinin xətrinə dəyə, ailəsi və ya xoşlamadığı nəsə haqqında səhv danışa bilərsiniz. Belə kiçik xətalar soyquqluqlara gətirib çıxarır.

Münasibətdə qadının aşırı nəzarətçiliyi kişini qorxudur. Bundansa hər şeyin kefini çıxarmaq əlaqənizi daha da möhkəmləndirər.

Bəzi qadınların ən böyük səhvlərindən biri də sevdikləri şəxsi dəyişdirmək istəkləridir. Belə tərz münasibətlər heç də yaxşı nəticələnmir. Bu da qarşınızdakı kişinin sizə diqqətsiz davranmağının səbəblərindən biridir.

Qeyd: Sadaladığımız səbəblər kişilərin qadınlara olan marağını itirməsinə səbəb ola bilən ehtimallardır. Ancaq qarşınızdakı şəxsin yalan danışdığını düşünürsünüzsə, keçmişlə bağlı bəzi məqamlar fikrinizi yayındırırsa, bu əlaqə ilə bağlı hər şeyi arxada qoymaq lazımdır. Keçmişi çox incələmək düzgün seçim deyil. Bu, münasibətlərin möhkəm olmasının əsas səbəblərindən biri sayılır.

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
2
emotion
3
emotion
2
emotion
2
emotion
1
emotion
2
Dostlarınla paylaş:
3 il əvvəl
9061 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
roya (3 il əvvəl)
Bax isde menim yoldasim cinsi elaqeden sonra kotu davrananlardandi