Kişilər niyə xəyanət edər? - Kişilər xəyanətə daha çox meyillidir!

Yenilənmə tarixi: 2021-06-10

Amerikalı psixoloq M.Gray Neuman “kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Alimlər buna səbəb kimi “Coolidge” effekti olduğunu sübuta yetiriblər.

Bir təcrübədə cütləşmə dövründə olan bir erkək siçan, yenə hamısı cütləşmə dövründə olan dişi siçanların olduğu geniş bir qəfəsə qoyulur. Erkək siçan bütün dişilərlə dəfələrlə cütləşdikdən sonra yorulmağa, daha çoxunu istəməməyə və bu səbəbdən dişilərə qarşılıq verməməyə başlayır. Təcrübənin maraqlı hissəsi isə buradan sonra başlayır. Siçanların olduğu mühitə yenə cütləşmə dövründə olan yeni bir dişi daha qoyulur. Yeni dişini fərqinə varan erkək siçanın bütün yorğunluğu və istəksizliyi necə olursa bir anda gedir, sanki heç bir şey olmamış kimi yeni gələnlə cütləşməyə başlayır və təkrar yorulana və istəksizləşənə qədər də buna davam edir. Erkək siçan, hər yeni dişi gələndə təkrar-təkrar eyni davranışı nümayiş etdirir və ciddi mənada tükənənə qədər buna davam edir. Eyni təcrübələr dişi siçanlar üzərində də sınanılır və təxmini olaraq eyni nəticələr əldə olunur. Lakin dişi siçanlarda, Coolidge təsiri bir qədər daha az görülür.

Kişilər niyə xəyanətə daha çox meyillidir

Bənzər təsirlər başqa heyvanlarda da var. Qoç və öküzlər eyni dişiylə təkrar-təkrar cütləşməkdən qaçaraq sürüdəki digər dişilərə yönəlirlər. Bu təsirə məruz qalmayan heyvan növləri də var. Məsələn, cırcırama fərqli dişilərlə cütləşməyə qarşı bir o qədər də maraqlı olmadığı görülmüşdür. Gələk işin pərdə arxası hissəsinə. Heyvanlar niyə başqa fərdlərlə cütləşməyə çalışırlar? Bunun səbəbi olaraq erkəklərdə təkamül müddətində mümkün qədər çox dişini dölləmə instinktinin inkişaf etdirilmiş olması göstərilir. Bu vəziyyət təsirin dişilərdə az görülməsini də açıqlayır. Necə ki, dişi fərdlər, cütləşmənin təsirlərini müəyyən bir müddət birinci əldən sınaya bilməyəcəkləri üçün (hamiləlik müddəti), cütləşərkən daha seçici və daha diqqətli davranırlar. Gələk fenomenin insanlar üzərindəki təsirlərinə. İnsanlarda bu təsiri məhdudlaşdıran bəzi faktorlar var: Etik və əxlaq anlayışlarımız kimi. Lakin bu, yenə də dünyada kimsənin kimsəni aldatmadığı mənasına təbii ki, gəlmir.

Kişilər niyə xəyanət edər

Evli bir cütlük, illərlə bir-birləriylə sekslə məşğul olduqlarında, eynilə təbiətdəki digər heyvanlara bənzər şəkildə fərqli partnyorlara qarşı daha da iştahlı, həvəsli olurlar. Fenomenin kişilər üzəində daha təsirli olduğunu qeyd etmişdik ki, aparılan araşdırmalar da bunu təsdiq edir. Bir çox kişi, həyat yoldaşlarına qarşı bir müddət sonra daha az cinsi istək hiss etdiyini deyərkən digər qadınlara qarşı cinsi istəklərinin çox normal səviyyədə olduğunu deyirlər. Hətta təcrübələrdən çıxan çox maraqlı nəticələr də var, buyurun birlikdə baxaq:

Olduqca böyük çaplı bir təcrübədə iştirakçılara yetərli qədər sekslə məşğul olub olmadıqları soruşulduğunda, qadınların 41%-i “xeyr” deyərkən kişilərinsə 56%-i eyni cavabı vermişdir.

İdeal səviyyəyə gəlməsi üçün nə lazım olduğu soruşulduğundasa, qadınların 63%-i partnyorlarıyla daha çox sekslə məşğul olmaq istədiklərini deyərkən kişilərin yalnız 38%-i bu cavabı vermişdir.

kişinin xəyanəti

Eyni suala qadınların 18-%i fərqli insanlarla sekslə məşğul olmaq istədiyi cavabını verərkən, kişilərinsə 37%-i bu cavabı vermişdir.
Qısacası kişilər xəyanatə daha meyillidirlər.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7759 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Quliyev Rüstəm (1 il əvvəl)
Yox qadinlar daha cox meyillidi ve aldadilar coxsu qehbelesme dovru gedir Allah Namuslu Xanimlarmizi Qorusun☝
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 10 ay əvvəl
  • 1253
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 10 ay əvvəl
  • 1112
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 11 ay əvvəl
  • 1283
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 1 il əvvəl
  • 1676
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2713
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1844