Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Hazırda ölkə ərazisində 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onların 8336 üzvü var. Mərkəzlərdə qadınların maliyyə savadlılığının formalaşdırılması, maliyyə resurslarına əlçatanlığın təmini, məşğulluq imkanlarının artırılması üçün zəruri bilik və bacarıqların aşılanması və texnoloji yeniliklərin tətbiqi ilə bağlı keçirilən çoxsaylı təlimlərin nəticəsi olaraq 824 nəfər qadının biznes fəaliyyətinə başlamasına nail olmuşuq.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, Dövlət Komitəsinin təşəbbüsü ilə ölkədə sahibkar və kənd qadınlarının assosiasiyaları yaradılıb.

“Təcrübə göstərir ki, ən çox mikro və kiçik sahibkarlıq subyektləri arasında üstünlük təşkil edən qadınların ilkin maliyyələşdirmə üçün resurslara çıxışı zəif olduğundan onlar əsasən ailəsi və ya şəxsi yığımlarından istifadə edirlər. Onların yalnız cüzi hissəsi bank kreditlərindən istifadə edirlər”, - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, görüşlərdə sahibkar qadınlar tənzimləmə sistemlərinin, xüsusilə də vergi və gömrük prosedurlarının öz biznesləri üçün böyük bir yük olduğunu bildirirlər. Qadın sahibkarların 80 faizə qədərinə yerli müştərilər üz tutur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
291 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 16 dəq. əvvəl
  • 3
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 31 dəq. əvvəl
  • 12
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə neft hasilatının həcminin ilin sonunadək sutkada 100 min barelə çatdırılması...
  • 1 saat əvvəl
  • 20
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında...
  • 3 saat əvvəl
  • 30
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi...
  • 3 saat əvvəl
  • 32
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və...
  • 4 saat əvvəl
  • 39