Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü və 18-ci bəndlərinə əsasən, bəzi qanunlarda dəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsi parlamentin mayın 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin birinci maddəsinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasına “etməyin” sözündən sonra “, həmçinin silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin” sözləri əlavə edilir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişikliklə, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

Sənədin 3-cü maddəsinə uyğun olaraq, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunun “Qeyd” hissəsinin 1-ci bəndinin “b” yarımbəndinə “147-ci maddəsində” sözlərindən sonra “, 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolun 15-ci maddəsinin 1-ci hissəsinin a – c bəndlərində” sözləri əlavə edilir.

“Mədəniyyət haqqında” Qanunun isə 53-cü maddəsində “və ya beynəlxalq” sözləri “, xüsusi mühafizə və ya” sözləri ilə əvəz edilir.

Qanun layihəsi müzakirəyə çıxarılaraq, səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
287 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 47 dəq. əvvəl
  • 9
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 1 saat əvvəl
  • 18
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə neft hasilatının həcminin ilin sonunadək sutkada 100 min barelə çatdırılması...
  • 2 saat əvvəl
  • 25
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında...
  • 3 saat əvvəl
  • 34
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi...
  • 3 saat əvvəl
  • 37
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və...
  • 5 saat əvvəl
  • 43