Münasibətdə sərhədlər - Sağlam bir münasibətin 10 qaydası

Münasibətlər həmişə yolunda getmir. Əvvəlcə bir-biriniz üçün yaradıldığınıza inana bilərsiniz. Ancaq zaman keçdikcə hörmət arxa plana keçə bilər. Münasibət dediyimiz şey əslində heç də asan deyil. Buna görə hər münasibətdə əvvəlcədən sərhədlər müəyyənləşdirilməlidir. Hər münasibətin müstəqil xüsusiyyətləri və dinamikası var. Ancaq ortaq zəmin hər münasibətə aiddir.

Niyə münasibətlər sərhədlərə ehtiyac duyur?

Sağlam bir münasibətin məhdudiyyətlərin olmamasını düşünə bilərsiniz. Lakin məhdudiyyətlər və qaydalar fərqli anlayışlardır. Qaydalar dəqiqlik ehtiva edir, ancaq məhdudiyyətlər müəyyən bir vəziyyətə görə dəyişə bilər. Sərhədlər münasibətlərdə zəif görünmək üçün deyil, daha güclü olmaq üçün mövcuddur.

Bir əlaqədə sərhədləri necə təyin etmək olar?

Münasibətdə sərhədlər

Hər şey açıqlıq və dürüstlükdən başlayır. Özünüzə və sevgilinizə qarşı dürüst deyilsinizsə, bu sərhədlər sizə kömək etməyəcək. Bəs bu hədlər nələrdir? Hər münasibətə və insanların xarakterinə görə formalaşan sərhədlər yazılı qaydalardan ibarət deyil.

10. Keçmişdəkilərdən dərs alın

Keçmişdə hamımızın pis münasibətləri olub. Etibar problemləri, özünə hörmət problemləri və ya zehni-emosional istismarlar keçmişimizdən bizə xatirə qalıb. Köhnə münasibətlərinizdə yaşadığınız mənfilikləri yeni sevgilinizin sizə yaşatmaması üçün ona xəbərdarlıq etməlisiniz. Məsələn, mübahisə zamanı söyüş söymək sizə pis təsir edirsə, o, bu barədə olan düşüncələrinizi bilməlidir.

Keçmiş sevgili

9. Gözləntilər

Sağlam bir münasibət

Sərhədlər münasibətlərdəki problemləri deyil, eyni zamanda gözləntiləri də dayandırır. Sevgiliniz sizin nə istədiyinizi bilməyənə qədər xəyal qırıqlığı yaşaya bilərsiniz. Gözləntilərinizlə bağlı onunla ünsiyyət qurmağınız vacibdir. Unutmayın, sağlam bir münasibət üçün sağlam ünsiyyət əsas şərtdir.

8. Mübahisələr

Mübahisələr

İnsan dinamikası olan canlı bir varlıq olduğu üçün onun həyatında həmişə dava və mübahisələr olacaq. Əvvəlcədən təyin olunmuş sərhədləri olan münasibətdə dava və mübahisələrin dostcasına sona çatması təmin edilə bilər. Bir münasibət qurmağa qərar verdiyiniz zaman qarşı tərəfə nəyin sizi qəzəbləndircəyini deməlisiniz.

7. Sosial media

Sosial media

Sosial mediadakı fəaliyyətiniz münasibətlərinizə mənfi təsir etmək gücünə sahibdir. Bu səbəblə bu mövzuda müzakirə ediləcək sərhədlər çox vacibdir. Sevgilinizlə şəkilləriniz sosial mediada paylaşılacaqmı və ya münasibətinizi hər kəs bilməlidirmi? Bu kimi məsələlər əvvəlcədən cütlüklər
arasında müzakirə edilməlidir.

6. Özünüzə aid zaman

Özünüzə aid zaman

Münasibətlər fərqində olmadan vaxtınızı ala bilər. Diqqət axtaran digər tərəf iş və ya təhsil həyatınızın arxa planda qalmasına məcbur edə bilər. Əvvəlcədən sizin üçün vacib olan məsələləri vurğulamalısınız. Bəzən birlikdə olsanız da, təkliyə ehtiyac duya bilərsiniz. Dincliyiniz üçün sevgilinizin və ya həyat yoldaşınızın özünüz üçün ayırdığınız günlərə hörmət etməsi olduqca mühümdür.

5. Görüş günləri

Görüş günləri

Münasibətə başladığınız ilk günlərdə tez-tez görüşmək sizə həyəcan verəcək. Lakin sonradan görüşlərin sayının azalması qarşı tərəfi məyus edə bilər. Buna görə əvvəlcədən təyin olunmuş sərhədlər həyatımızı xilas edir. Həyatınızda mövcud olan həqiqətləri əhəmiyyətinə görə sıraladığınız zaman, həyat yoldaşınız və ya sevgiliniz hansı sırada olduğunu bilməlidir.

4. Azadlıq

Azadlıq

Bir münasibətdə həqiqətən azadlığı qoruya bilərsinizmi? Münasibətlərin asanlıqla idarə oluna biləcəyi həqiqəti, hətta bunun qarşısını almağa çalışan insanlar üçün belə qorxuludur. Bir çox insan azad olmaq istəyir və azadlığını itirəcəyini düşünərək münasibət qurmağa tələsmir. Ancaq bir olduqlarını hiss etmələri də vacibdir. Onlar eyni medalyonun iki üzüdürlər. İçimizdə kök salmış və bizi digər insanlarla əlaqə qurmağa məcbur edən bir şey var. Bu məntiqi və ya fiziki deyil, mənəvi ehtiyacdır. Sərhədlərin müəyyənləşdirilməsində ən vacib maddə azadlıqdır.

3. Səmimiyyət

Səmimiyyət

Zaman keçdikcə ikitərəfli münasibətlərdə səmimiyyət dozasının artması münasibətləri uçuruma sürükləyə bilər. Həm də hər iki tərəfin bir-birini hər mənada sevməsinə səbəb ola bilər. Xüsusilə uzunmüddətli münasibətlərdə tez-tez rast gəlinən bu vəziyyət, iki tərəf arasındakı əlaqəni gücləndirə və münasibətləri daha xoş hala gətirə bilər. Ancaq bəzən birinin o birindən soyumasına səbəb ola bilər.

2. Vahid münasibət

Vahid münasibət

Münasibətdə olmaq sadiq bir insan olduğunuz demək deyil. Öhdəliyə gəldikdə, münasibətlərdə sərhədlərin olması vacib olur. Həyat yoldaşınızın və ya sevgilinizin sizinlə münasibət qurarkən başqalarına vaxt ayırması sizin üçün nə qədər vacibdir? Bunu onunla müzakirə etməlisiniz.

1. Dəyişikliklər

Sevgililər gecə

Hər münasibətdə zamanla dəyişikliklər baş verir. Bu ya münasibətin özünün dəyişməsi, ya da şəxslərdən birindəki fərdi bir dəyişiklik ola bilər. Önəmli olan bu dəyişikliklərə necə cavab verməyinizdir. Gözlənilməz məsələlərin necə həll ediləcəyi ilə bağlı sərhədlərin qoyulması, hər şey ortaya çıxdıqda hər iki tərəfin sakit qalması ilə həllini tapacaq.

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3662 dəfə oxundu
ilk.az-çılar nə deyir?