Narkotik bataqlığına düşən 15 məşhur
Məşhur insanların narkotik asılılığından xilas olaraq necə dəyişdiklərini öyrəndikdə təsirlənəcəksiniz. Onlardan bəziləri isə bu dəyişikliyə tam nail ola bilməyərək həyatını itirib.
1. Lindsay Lohan
2007-ci ildə kokain istifadə etdiyi üçün cəzalandırılan Lindsay Lohan bir reabilitasiya mərkəzinə göndərilir. 2013-cü ilədək müalicə alan Lohan tam sağalaraq geri dönür. O, müsahibələrinin birində özünü çox yaxşı hiss etdiyini bildirib.
2. Robert Downey Jr.
Oni İron Man filmində tanıyırsınız. 1999-cu ildə narkotikdən dolayı 3 il həbs cəzasına məhkum olunub. Həbsdən çıxdıqdan sonra öz yeni həyat fəlsəfəsini quraraq heyranlarını sevindirib.
3. Whitney Houston
Bobby Brown 2016-cı ilə Whitney Houstonun narkotiklə bağlı problemləri haqqında danışıb. Narkotik onların evliliyini də məhv edib. 2012-ci ildə Whitney Houston oteldə ölü halda tapılıb.
4. Johnny Depp
Keçmiş arvadı Amber Hearda görə Johnny Deppin narkotik və içkiylə bağlı ciddi problemi vardı. 2016-cı ildə Los-Ancels County Məhkəməsində hakim qarşısına çıxan Johnny Depp cəzalandırılıb. Bundan sonra yeni həyata başlayan Depp heyranlarını da sevindirib.
5. Charlie Sheen
1998-ci ildə narkotik və alkoqol asılısı olan Charlie Sheein 200-dən artıq sevgilisi olub. O, bu asılılıqlarından xilas olmağı bacarıb.
6. Amy Winehouse
Amy Winehouse narkotik maddələrdən istifadə edirdi. O, buna görə aşırı dərəcədə çəki itirib. Winehouse bir neçə dəfə dəyişməyə çalışsa da, buna nail olmayıb və 2011-ci ildə həyatını itirib.
7. Macaulay Culkin
"Evdə tək" filmindən tanıdığınız Macaulay Culkin 2012-ci ildə ciddi bir heroin asılılığı yaşayıb. O, bundan xilas olmaq üçün ciddi səy göstərib və sonunda istəyinə nail olub.
8. Tara Reid
Tara Reid pis şöhrətli bir parti qızıydı. 2008-ci ildə reabilitasiya mərkəzində 90 gün qalıb. 2016-cı ildə pis vərdişindən tamamən əl çəkən ulduz həyatına qaldığı yerdən davam edib.
9. Anna Nicole Smith
2007-ci ildə Floridada oteldə ölü halda tapılıb. Onun aşırı dozada narkotikdən öldüyü qeyd olunub. O, narkotikdən xilas olmağa çalışsa da, bunu bacarmadı.
10. Judy Garland
ABŞ-da bir çox film və serialda yer alan Judy Garland intihara cəhdi ilə gündəmə gəlib. O, aşırı dozada narkotikdən həyatını itirib.
11. Matthew Perry
Keçmişdə alkoqol və narkotik istifadəçisi olan Matthew Perry 145 kiloya qədər kökəlib. Pis vərdişlərindən imtina edən ulduz hər kəsi heyrətləndirib.
12. Kate Moss
İngiltərəli model Kate Moss da narkotik istifadəçisi olub. Sonradan isə o, narkotikdən imtina etdiyini və dəyişdiyini bildirib.
13. Steven Tyler
16 yaşından narkotik istifadəçisinə çevrildiyini açıqlayan Steven Tyler bundan vaxt keçdikcə xilas olacağını bildirib və illər keçdikcə öz istəyinə nail olub.
14. Amanda Bynes
Amanda Bynes anasının açıqlamaları ilə gündəmə gəlib. Anası "Onu pis vərdişlərindən xilas edəcəyik, buna şübhəniz olmasın" deyə bildirib. O, bundan sonra yeni həyata başlayıb.
15. Mischa Barton
Mischa Baryon 2007-ci ildə verdiyi açıqlamada əvvəllər narkotik istifadəçisi olduğunu dilə gətirib. Sonradan isə bu pis vərdişindən xilas olduğunu qeyd edib.
Məqaləyə emosiya bildir:
2912 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Açılsın