Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Ankara şəhərindəki ən böyük bələdiyyələrdən olan Keçiören bələdiyyəsi Hıdırellez mövsümi bayram münasibətilə beynəlxalq mədəniyyət festivalı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinə dair milli stendləri təqdim ediblər.

Azərbaycanı tədbirdə səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbir çərçivəsində Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Azərbaycan səfiri Rəşad Məmmədovla görüş keçirib, qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Daha sonra Keçiören bələdiyyəsinin qarşısında meydanda tədbir bədii proqramla davam edib.

Festivalda ölkələrin milli stendlərinə baxış keçirilib, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olub, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq ediliblər.

Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında məlumat verərək, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmindən danışıb, bu bayramların gözəl ənənələrin göstəricisi olduğunu söyləyib.

Türk dünyası arasında tarixi dostluq və qardaşlıq əlaqələrindən danışan M. Özarslan, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edib və Türk dövlətlərinin qardaşlaşmış bələdiyyələri ilə əməkdaşlığın önəmini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankara Keçiören bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunub.

Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi bədii proqram maraqla qarşılanıb

Konsert proqramından sonra Hıdırellez bayramının müxtəlif adət-ənənələri icra olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
301 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
Qarabağ Zəfərindən sonra Türk dövlətləri daha da cəsarətləndi və əməkdaşlıq...
  • 8 dəq. əvvəl
  • 2
“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək
İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların...
  • 17 dəq. əvvəl
  • 2
Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq.ILK.AZ Azərtac-a...
  • 1 saat əvvəl
  • 20
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 3 saat əvvəl
  • 32
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 4 saat əvvəl
  • 40
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 6 saat əvvəl
  • 51