Psixologiyada bağlanma - Bağlanma nəzəriyyəsi və qoşulmanın növləri

Ailədaxili münasibətlərdən başlayıb sosial əlaqələrimizə qədər yol alan bağlanma anlayışı yaşadığımız sağlam münasibət qurmağımıza və ya bağlanma problemi yaşamağımıza qədər fərqli stillərdə qarşımıza çıxır. Bütün həyatımızın təməlini təşkil edən bağlanma formaları ailədən gələn münasibətlərimizə əsaslanır. Psixiatr Tuba Erdoğan bağlanma anlayışı ilə bağlı ətraflı məlumat verib.

Bağlanma nəzəriyyəsi nədir?

Bağlanma nəzəriyyəsi nədir?

İnsan ətrafı ilə əlaqə yaradaraq özünü inkişaf etdirir. Xüsusən uşaq lıq dönəmində yaranan bağlanma münasibətləri insanın gələcək həyatında digər insanlarla quracağı münasibətlərdə əsas rol oynayır.

Bağlanma nəzəriyyəsi 1960-70-ci illərdə John Bowlby və Mary Ainsworth tərəfindən hazırlanıb. Bu nəzəriyyəyə görə insan uşaqlıqdan etibarən özünü müəyyən şəxslərin yanında güvənli və təhlükəsiz hiss edir və bu, onun bağlanma münasibətlərində həlledici rol oynayır.

Bağlanmanın növləri

Bağlanmanın növləri

Güvənli bağlanma nədir?

Güvənli bağlanma ən sağlam bağlanma münasibətidir. Bu bağlanma formasında anayla körpə arasında güvən əsas məqamdır. Ana körpəsinin ehtiyaclarını vaxtında və sağlam şəkildə qarşılayır. Ana övladının tələblərini bilir və onlara uyğun davranış nümayiş etdirir.

Narahatedici bağlanma nədir?

Qulluq verənin uşağa tutarsız davranışlar göstərməsi, onun ehtiyaclarını bəzən qarşılaması, bəzənsə qarşılamaması narahatedici bağlanma yaradır. Qulluq verən uşağın yanından ayrıldıqda uşaq narahatlıq keçirir. O, qayıtdıqda belə uşağın sıxıntısı davam ed

Çəkingən bağlanma

Qulluq verənin məsafəli və soyuq rəftarı zamanı çəkingən bağlanma ortaya çıxır. Bu zaman uşaq qulluq edən olduqda və olmadıqa oxşar reaksiyalar verir. Bu bağlanma uşağın gələcəkdə münasibət qurmağa çətinlik çəkəcəyinə gətirib çıxarır.

Dağınıq bağlanma nədir?

Dağınıq bağlanma nədir?

Böyük itkilər, travmalar və ya hər hansı psixopatalogiyalar uşaqda dağınıq bağlanma yarada bilər. Bu bağlanma forması ən qeyri-sağlam bağlanma sayılır. Qulluq edən şəxs mövcud yaşam şərtləri səbəbiylə uşağın ehtiyaclarını qarşılaya bilmir və ya qarşılamır. Beləcə onlar arasında güvən olmur.

Ailədən gələn bağlanma şərtləri gələcək həyatımıza necə təsir göstərir?

Güvənli bağlanma inkişaf etdirən uşaqlar duyğularını ifadə edə bilirlər və qarşılarındakı insanın
duyğularına ematiya göstərirlər. Çəkingən bağlanmada uşaqlıq dövründə valideynlərdən tutarsız cavab gəldiyi üçün güvən əlaqəsi qurulmur.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3574 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 10 ay əvvəl
  • 1253
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 10 ay əvvəl
  • 1112
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 11 ay əvvəl
  • 1283
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 1 il əvvəl
  • 1676
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2713
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1844