Qadınların sevgi həyatında etdikləri 10 səhv
Kişilər və qadınlar təbiət etibarilə fərqlidirlər. Əsas fəq isə davranışda və həyat baxışdadır. Kişi ilə qadının bir-birini başa düşməsi çətin olsa da, ortaq bir mövqe tapmaq daha məqsədəuyğundur. Kişilərin bir qadında istəmədikləri bəzi davranışlar sonradan problem yaradır.
1. Kişilərin təbirincə desək "dil boğaza qoymamaq"
Sevgilinizin etdiyi hər şeyə şikayətçi kimi davranırsınızsa, bu vərdişinizdən əl çəkin. Davamlı olaraq bir səhvi kişinin qarşısına gətirmək və onu danlamaq sizdən qaçmasına səbəb olacaq. Səbrli olmaq, bəzi çatışmazlıqları görməzdən gəlmək lazımdır.
2. Danışmağa məcbur etmək
Qadınlar gündə təxminən 20 min sözdən istifadə edirlər. Kişilərdə isə bu hədd 7 min civarındadır. Gecələr evə gələndə susmağa üstünlük verirlər. Kişini davamlı olaraq danışmağa məcbur etsəniz, bundan məmnun qalmaz və sizə əsəbiləşər.
3. Aşırı dərəcədə qısqanmaq
Tez-tez zəng edib harada olduğunu soruşmaq, ona-buna baxdığına görə irad tutmaq, daim sorğu-sual etmək kişinin üzərində ciddi təzyiq yaradır.
4. Casus kimi davranmaq
Cib telefonlarına, sosial şəbəkələrə nəzər salmaq və davamlı şübhə içində olmaq münasibətlərə zərər verir. Bu davranışlardan çəkinməlisiniz.
5. Anlamağını gözləmək
Kişilərin qadınlar kimi təfərrüatlı düşünmədikləri sübut olunub. Kişiyə bir şey demək istəyirsənsə, dolayısı ilə deyil, birbaşa deməlisən.
6. Seksdən silah kimi istifadə etmək
Seksuallığınızla kişilərə istədiyinizi etdirmək vərdişindən uzaq olun. Kişilər düşündüyünüz qədər axmaq deyil, bir müddət sonra bunu başa düşəcəklər və əks reaksiya verəcəklər.
7. Uşaq kimi davranmaq
Dodaqlarınızı büzüb uşaq kimi danışmaq, rəftar etmək heç də kişilərin xoşuna gəlmir. Diqqəti cəlb etmək istəyirsinizsə, bunu uşaq hərəkətlərini deyil, qadınlığınızı göstərərək etməlisiniz.
8. Münasibətləri sorğulamaq
Münasibətin əvvəlində bunun necə nəticələnəcəyini, sonunun necə olacağını tez-tez soruşmaq doğru deyil. Hər şeyi zamana buraxın.
9. Dəyişməyə çalışmaq
Bir insana necə aşiqsinizsə, onu dəyişməyə çalışmayın. Məsələn, qadınlar avara bir kişini centlmenə çevirməyi özlərinin vəzifəsi hesab edirlər və bunun üçün əllərindən gələni edirlər. Qarşındakı insanı sıxmamaq, duyğularına hörmət etmək lazımdır.
10. Müqayisə aparmaq
Sevgilinizi ətrafınızdakı digər kişilərlə, hətta keçmiş sevgilinizlə müqayisə etməyin. Bu, onu sizdən uzaqlaşdırar. Başqaları ilə müqayisə etdiyiniz kişinin özünə inamı sarsılır və bu münasibətdə xoşbəxt olmadığını başa düşür.
Məqaləyə emosiya bildir:
4431 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)