Qız bürcünün xüsusiyyətləri

Qız da əkizlər kimi Merkuri övladıdır. Bununla birlikdə, maraqlı, cəsarətli və iddialı olan qardaşından fərqli olaraq daxili bir zəkaya və nəticəyə yönəlmiş bir davranış modelinə sahibdir. Qardaşı kimi təsdiq almaq istəyir. İnsanlarla əlaqəni və əməkdaşlığı itirməməyə çalışır. Ancaq sözləri ilə deyil, əməlləri ilə işə yaramaq istəyir.

Asanlıqla yorulmur, çalışqandır, az şeylə kifayətlənir və prinsiplərinə bağlıdır.

Qızlar həyatla bağlı hər şeyi öyrənmək istəyirlər. Gördükləri, eşitdikləri hər şeyi öz düşüncə sistemi içərisində mühakimə etməyə çalışırlar.

Reallıqsevərlikləri bəzən pessimizmə səbəb ola bilər və həyatındakı möcüzə amilinə yer ayırmamağın əziyyətini çəkirlər.

"Riyazi düsturlara əsaslanan" düşüncə tərzi üzündən, əməkləri mükafatlandırılmadığı zaman çox üzülürlər.

Araşdıran, sual verən və asanlıqla razı qala bilməyən narahat və gərgin zehni quruluş qızı çətin rəftar olunan hala gətirir.

Qız bürcü haqqında

QIZ varlıq duyğusunu və mənlik hissini birbaşa metodlarla həyata keçirə bilməyən insanların bürcüdür.

Fanatizmə və təslim olmaya nifrət edən qız öz hədəfləri uğrunda hər şeyi etməyə qadirdir.
Qız üçün ən dəyərli şey çatışmazlığı tamamlamaq və axının davamlılığını təmin etməkdir! Buna görə səhvi tapmaq, problemi həll etmək, yarımçıq işi tamamlamaq, yolunu azanı yoluna qaytarmaq üçün mübarizə aparır.

Həyatlarına insan alarkən diqqətli davranırlar. Ancaq bəzən bir insanla ünssiyət yaradıb onu həyatlarına daxil edirlər. Sevdiklərinin üzərində əsir, onları qoruyurlar.

Daim özlərini sübut etmək və təsdiq almaq məcburiyyətində qaldıqları, çox yüksək gözləntilərə məruz qaldıqları ailədə böyüyə bilərlər.

Bu şərtlər şüuraltında özlərini əhəmiyyətsiz və aciz hiss etdikləri, digər uşaqlar qədər sevilməyə və qorunmağa layiq olmadıqları izlərini yaradır. Qiymət görmək üçün çox çalışmağa adət edirlər.
Özlərini davamlı olaraq başqaları ilə müqayisə etmək, çatışmayan və ya səhv cəhətlərini qiymətləndirmək və onlardan aşırı narahatlıq hiss etmək kimi problemlərlə qarşılaşırlar.
Hər şeyin mükəmməlini istəyirlər. Tapdıqlarının axtardıqları ilə eyni olub-olmadığına qərar vermələri çox vaxt aparır.

Sahib olduqları və ya əldə edə biləcəyini düşündükləri bir şey ilə bağlı səhv olmağa, aldadılmağa, ümid etdiklərini tapa bilməməyə nifrət edirlər və bu kimi vəziyyətlərdə çox sərt reaksiya göstərə bilirlər.

QIZ və əlaqələr

Qız bürcü kişisi

Qızlar şəxsi həyatlarına böyük önəm verirlər. Evləri səliqəli olur və qonaqları böyük səxavətlə qarşılayırlar.

Evliliyi sevirlər! Deyingən olsalar da, ailələri möhkəm olur.

Bir az gec və bəzən çətin övlad sahibi olurlar. Övladlarını yaxşı böyütmək qızlar üçün qürur məsələsinə çevrilə bilər və eqoları ilə də hərəkət edə bilərlər.

Asanlıqla sevmirlər, amma bir insana heyran olmağa başlayanda güclü məntiqləri itir. Onlar üzərində hakimlik etməyi bacaran insanları sevirlər və bu mənəvi asılılıqdan həzz alırlar.
Bəli, qızlar münasibətlərdə heyrətamizdirlər.

Onlara ən uyğun bürc buğadır. Bir-birlərinin qarşılıqlı ehtiyacını çox yaxşı təmin edirlər.
Ən sərt sınaqlarını şirlərlə edirlər. Demək olar ki, heç yola getmirlər.

Əkizlərlə qarşılıqlı olaraq bir-birilərini pis dəyərləndirirlər.

Əqrəblərlə bir-birilərini qəribə duyurlar. Cinsi cəhətdən uyğunluq təşkil edirlər.

Qızlar və karyera

Qız bürcü qadını haqqında

Köklü dəyişikliklərin tərəfdarı deyillər. Ancaq yenilikləri təqib edərək, işə yaradığına inandıqları təqdirdə onlardan istifadə edirlər.

Redaktor, müəllim, mühasib, doktor, əczaçı və ya səhiyyə işçisi, sistem analitiki, dövlət məmuru, tənzimləyici, qoruyucu, kimi işlər əsl onlar üçündür.

Keanu Reves, Cameron Diaz, Michael Jackson, Salma Hayek, Sophia Loren, Richard Gere, Jeremy Irons, Mickey Rourke, Charlie Sheen, Sean Connery, Colin Firth, Tommy Lee Jones, Micheal Keaton, İdris Elba, Peter Sellers, Elvis Costello, Ingrid Bergman, Greta Garbo kimi məşhurlar qız bürcündəndir.

Qızlar və sağlamlıq

Qız bürcü logosu

Səhhətlərinə ciddi önəm verirlər. Tez-tez müxtəlif xırda səbəblərə görə həkimə müraciət edirlər.
Qapalı yerdə qalmaq fobiyası, xroniki baş ağrısı, aşağı təzyiq, mədə bulantısı qızlara xas olan narahatlıqlardır.

Qoxu və dad qavramaları güclüdür.

QIZLARIN yolu

Qızın mövcudluğunun məqsədi nizamı təmin etmək, sistemi davamlı bir vəziyyətdə saxlamaq, axına maneə törədə biləcək faktorları tanımaq və tədbir görməkdir.

Onları belə məsuliyyətli edən Mənlərinin kodlarıdır. Bu kodları idarə edən şey, onları bir az əsəbi və narahat bir insan olmağa sövq edən uşaqlıq təcrübələridir.

Qızların xoşbəxt, qayğısız, rahat, hüzur verə bilən insanlar olması üçün öyrənməli olduğu dərs "Sistemə Güvənmək"dir.

Mahiyyətindəki gücə inanmayan qız bürcünün nümayəndəsi özünü sevə bilməz. Özünü sevə bilməyən QIZ insanlara ürəkdən xidmət edə bilməz. Missiyası yarımçıq qalar...

Qızın dərsi ağlını səmərəli istifadə etmək üçün ürəyinin yoluna təslim olmağı öyrənməkdir.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
8443 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Hansı bürc necə sevilmək istəyir, kimə aşiq olur?
Hər kəsin özünəməxsus sevgi dili var. Hansı tip insanla uyğun gəldiyinizi bilmək...
  • 1 il əvvəl
  • 3488
Hansı bürc sevgilisini necə qısqandırır?
Qısqandırmaq, əsrlərdir öz təsirini itirməyən, şirin və bir az da həyəcanlı bir...
  • 1 il əvvəl
  • 2687
Bürclər xəyanətə uğradıqda
Hər kəs səhv edə bilər, aldatmaqla bağlı heç kimə güvənməyin. Gəlin görək bürclər...
  • 1 il əvvəl
  • 2969
Qız bürcü nümayəndələrinə aid 11 xüsusiyyət
Qız bürcündən olan insanlar bəzi tipik xüsusiyyətləri ilə seçilirlər. Özünəməxsus...
  • 1 il əvvəl
  • 4395
Hansı bürclər cinayətkarlığa daha çox meyillidir?
Əgər siz də bürclərlə maraqlanırsınızsa doğru yerdəsiniz. Şəxsiyyət təhlili üçün...
  • 1 il əvvəl
  • 3870
Bürcünüzə görə münasibətlərdə hansı səhvlərə yol verirsiniz?
Gəlin etiraf edək; heç birimiz mükəmməl deyilik. Münasibətlərə gəlincə, hamımız...
  • 1 il əvvəl
  • 3356