Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” çempionatında birinci yerin qalibi olan komandaların üzvləri və mentorları ilə görüş təşkil edilib.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Görüşdə BMU tələbələrindən ibarət qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) təbrik edən rektor Yaqub Piriyev beynəlxalq yarışın önəmini vurğulayıb. Rektor yarışın həsr edildiyi, bir çox müxtəlif sahəni birləşdirən robotexnika, eyni zamanda, informasiya texnologiyaları əsaslı digər ixtisaslar üzrə peşəkar kadrlara olan tələbatdan söz açıb. İnformasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində görülən işlərə diqqət çəkən rektor BMU-da bu günlərdə açılan Kibertəhlükəsizlik laboratoriyasının tələbələrin rəqəmsal bilik və səriştələrinin inkişafını təmin edəcəyinə, onların bacarıqlarını daha da zənginləşdirəcəyinə inandığını bildirib.

Rektor qalib komandaların noyabrın 15-16-da İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulan növbəti mərhələyə hazırlıq vəziyyəti, eləcə də tələbələrin qayğıları ilə maraqlanıb. Tələbələrin beynəlxalq yarışlarda yalnız BMU-nu deyil, ümumilikdə ölkəmizi təmsil etdiklərini vurğulayan Yaqub Piriyev bununla bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra komandaların mentorları, universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimləri Əli Həsənov, Elməddin Hüseynov, tələbələr və digər tədbir iştirakçıları çıxış ediblər.

Görüşün sonunda komanda üzvləri və mentorlara fəxri fərmanlar təqdim edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
315 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 16 dəq. əvvəl
  • 3
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 31 dəq. əvvəl
  • 12
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə neft hasilatının həcminin ilin sonunadək sutkada 100 min barelə çatdırılması...
  • 1 saat əvvəl
  • 20
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında...
  • 3 saat əvvəl
  • 30
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi...
  • 3 saat əvvəl
  • 32
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və...
  • 4 saat əvvəl
  • 39