Saxta sevginin 7 gizli əlaməti

Münasibətlərdə tərəflər eyni məsuliyyətləri üzərinə götürmyə və ya fədakarlıq etməyə bilərlər. Bu vəziyyət, davamlı fədakarlıq edən tərəfin münasibətdəki sevginin gerçəkliyindən şübhələnməsinə səbəb ola bilər. Saxta sevginin əlamətlərini təqdim edirik.

1. Məhəbbətlərini şəxsi həyatlarından daha çox sosial şəbəkələrdə və dostlarının ətrafında ifadə edirlər.

Saxta sevgi

Əgər partnyorunuz yalnız dostlarınızla və ya sosial mediada olarkən sizə qarşı nəzakətli və diqqətli davranırsa, bu, təhlükə əlaməti olmalıdır. Baş-başa olmağınız sevgini göstərmək üçün bir maneə deyil. İnsanlar sizin necə gözəl bir cütlük olduğunuza inanması partnyorunuzu daha çox məmnun edəcək.

2. Söhbətləriniz quru və məzmunsuzdursa

Saxta sevgi əlaməti

Sağlam, həqiqi bir münasibət hər iki tərəfin özləri və ətrafdakı dünya haqqında danışmağa açıq olmasını tələb edir. Ancaq partnyorunuz sizdən bir şeyə ehtiyacı olmadığı halda danışmağa başlamırsa və hətta mübahisə zamanı belə susmağa və uzaqlaşmağa çalışırsa, bu o deməkdir ki, o sizinlə ünsiyyət qurmaq istəmir. Heç bir sağlam münasibət ünsiyyət olmadan davam edə bilməz.

3. Sizi və vərdişlərinizi dəyişdirməyə çalışır

Saxta sevgi haqqında

Hər ikinizin bir-birinizdə bəyənmədiyiniz bəzi xüsusiyyətlərin olması olduqca normaldır. Lakin saxta münasibətlərdə partnyorunuz sizinlə bağlı xoşlamadığı şeyləri dəyişdirmək istəyəcək. Belə insanlar öz məmnuniyyətləri üçün özünüzü fəda etməyinizi istəyirlər. Özlərini sizdən və münasibətinizdən üstün tuturlar.

4. Problemlərin həlli üçün birgəlik nümayiş etdirmirlər

Saxta sevgi əlamətləri

Münasibətlərdə mübahisələr və fikir ayrılıqları görmək olduqca normaldır. Bunları birlikdə çalışaraq həll etmək olar. Hər ikiniz öz öhdəliklərinizi qəbul etməli və orta yolu tutmalısınız. Əgər partnyorunuz bunların heç birini etməkdə maraqlı deyilsə, deməli bu münasibətdəə problem var.

5. Siz onun prioriteti deyilsiniz

Saxta sevginin gizli əlamətləri

Partnyorunuz ucuz bəhanələr gətirərək planlarınızı tez-tez poza bilər. Bu məsələ ilə bağlı təəssüfünü bildirər və vəziyyəti nəzarətdə saxlamağın əlində olmadığını deyər. Özündən asılı olmayan vəziyyətlərə görə planları ləğv etmək olduqca normaldır. Ancaq bu davranış çox uzun müddət davam edərsə, bu, sizin planlarınıza hörmət etmədiyini göstərir.

6. Keçmiş sevgililəri haqqında çox danışırlar

Keçmiş sevgili

Əgər partnyorunuz keçmiş sevgilisi haqqında tez-tez danışırsa və ya daha da pisi, sizi onlarla müqayisə edirsə, bunu xəbərdarlıq əlaməti kimi qəbul edin. Çünki bu, onun fikrinin və qəlbinin keçmişdə ilişib qaldığına və münasibətinizin diqqəti yayındırmağa xidmət etdiyinə işarədir.

7. Sizinlə gələcəklə bağlı planlar qurmurlar

Saxta sevgili necə davranar

Dərin və mənalı bir münasibətdə gələcək mövzusu gec-tez gündəmə gəlir. Təkcə uşaq sahibi olmaq və ya evlənmək deyil, gələcək səfərlər və bir-birinin ailələri ilə görüşmək kimi sadə şeylər də gələcəkdəki planlara daxildir. Əgər partnyorunuz sizinlə belə bir söhbətə maraq göstərmirsə, çox güman ki, onun bağlılıq problemləri var. Daha pisi odur ki, o, axtardığı şəxsin siz olduğunuza əmin deyil.

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
1
emotion
1
emotion
2
emotion
4
emotion
1
emotion
3
Dostlarınla paylaş:
1 il əvvəl
2161 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Cahan (8 ay əvvəl)
Saxta gülüş bele adamı yorur