"Səni sevirəm, çünki..." sözləri

Sizin üçün bu dəfə yeni sevgi sözləri, sevgi mesajları hazırlamışıq. "Səni sevirəm çünki.." cümləsini tamamlamaq üçün ən yaxşı fikirləri araşdırdıq.

Ən gözəl səni sevirəm mesajları sevgi yazılı şəkilləri telefonunuza endirərək sevdiyiniz şəxsə göndərə və ya whatsapp statusda paylaşa bilərsiniz.

Səni sevirəm mesajları 2021

Mən səni sevirəm, çünki istər yar ol, istər yara, təki sən ol. lütfün də, kədərin də qəbulumdur.

Səni sevirəm, çünki məni hər gün özünə dəfələrlə aşiq edə bilərsən.

Səni sevirəm, çünki sən məni dünyanın ən xoşbəxt adamı edirsən. Xoşbəxtliyin adını dəyişdirsəm, sənin adınla çağıraram.

Loading...

Səni sevirəm, çünki sənin sevgin heç yerə sığmırdı, sadəcə ürəyimə sığdı. İndi ürəyimə də sığmır, gözlərimdən axır.

Səni sevirəm çünki

Səni sevirəm, çünki mümkün olmayan bir şeyin olmadığına, istəyin insan həyatında nə qədər vacib olduğuna məni inandırırsan.

Mən səni sevirəm, çünki ürəyimin qapılarını sənə qorxmadan açıram. Kobud olmayacağını, ürəyimi qanatmayacağını bilirəm.

Səni sevirəm, çünki mənim üçün rənglərin ən mənalısı sənsən, sənsiz bir həyatı çəkə, sevə və qəbul edə bilmirəm.

Səni sevirəm, çünki sən yol olsan yorulmadan gəzərdim, röyam olsaydın həmişə yatardım, gecəm olsaydın səhəri heç istəməzdim. Son nəfəsim olsaydın, elə indi ölərdim.

Səni sevirəm sözləri

Səni sevirəm, çünki dərmanım da sənsən, çarəm də. Yüz parça olmuş qəlimin nuru da sənsən.

Səni sevirəm, çünki nə ağlayanda göz yaşlarını, nə də gülərkən qəhqəhəni saxlayırsan. Ürəyinin ən dərin yerlərindən gələn kədərdən ağlayırsan və şövqlə gülürsən.

Səni sevirəm, çünki hər səhər qalxdığımda daha bir günümü səninlə keçirmək sevincini yaşadırsan mənə. Hər günə səninlə başlayıram və səninlə bitirirəm.

Səni sevirəm, çünki sən yatarkən də səndən uzaq olduğum anları çəkib öldürmək istəyirəm. Çay içməyi xoşladığın o incə belli stəkanına belə qısqanıram səni.

Loading...

Ən gözəl sevgi mesajı

Səni sevirəm, çünki bu qədər saxta həyatın içində həqiqət olan tək sənsən.

Səni sevirəm, çünki ruhun var. Hər işi ruhla görürsən. Sevəndə də bu cürsən. Ruhunu doydurmaq üçün sevirsən.

Səni sevirəm, çünki səninlə bütün fəsilləri bir gündə, bütün illəri bir fəsildə yaşamağa hazıram.

Sənə bir çimdik sevinc, bir çimdik ümid və bir çimdik xoşbəxtlik göndərirəm.

Ən yaxşı səni sevirəm mesajı

Səni sevirəm, çünki eqoist deyilsən. Təkcə özünü düşünmürsən. Sevginin iki nəfərlik olduğunun fərqindəsən.

Səni sevirəm, çünki sevgimizdə xəyanət, yalanla toxunan saxta hisslər yoxdur. Bu sevgini bir-birimizi aldatmadan ən çılpaq formada yaşayırıq. Sevgi dediyin şey belə yaşanmalıdır.

Səni sevirəm, çünki təbiətdəki hər məxluqa məhəbbətlə baxa bilərsən, soyuq bir küçə pişiyini görəndə təəssüfləndiyini bilirəm. Hər canlıya kömək etmək üçün mübarizə aparırsan.

Səni sevirəm, çünki nəfəsin ilıq meh kimi bədənimi oxşayır. Sərt şimal küləyi kimi dağıdıcı deyilsən. Sənin bu yumşaqlığım iti tərəflərimi də ovuşdurur.

Sevgiyə aid ən gözəl şəkil

Səni sevirəm, çünki bir rəssamın çəkə biləcəyi ən gözəl tablosan. Rənglərinlə sehrləyirsən məni, heyranlıqla baxıram sənə. Bir şairin sevgidən bəhs edən ən gözəl şeirisən.

Səni sevirəm, çünki mənə bütün fəsilləri eyni vaxtda yaşadırsan. Əllərini tutanda yay, saçlarına toxunduğumda bahar. Bəyazlığınla qışımsan, məhəbbətimizi sulayan məhsuldar yağışlarınla payızım.

Səni sevirəm, çünki nə vaxt bir şey yazmaq niyyətində olsam, qələmimin ucundan yalnız sənin haqqında sözlər tökülür. Bəzən bir sevgi kompozisiyası barədə düşünəndə sanki onu sənə yazdığımın fərqində oluram.

Səni sevirəm çünki sən mənim dünyamsan

Səni sevirəm, çünki qaranlıqda itib hara gedəcəyimi bilməyəndə yolumu öz işığınla aydınlatdın. Mənə əllərinlə həyat verdin, eşq ərmağan etdin. Keçmişdən qalan bütün ağrı izlərini sildin.

Səni sevirəm, çünki məni qısqanırsan. Elə gözəl qısqanırsan ki, bu, çox xoşuma gəlir. İfrata varmadan sevirsən.

Səni sevirəm, çünki məni qısqanırsan.

Səni sevirəm, çünki gözləmədən sevməyin nə olduğunu bilirsən. Ürəyini cəsarətlə açırsan. Cəsarətinlə məni heyrətləndirirsən.

Səni sevirəm, çünki damarlarımda qan olub ürəyimə axarsan. Baxışında cənnəti gördüm, indi səninlə yaşadığımı anlayıram. Həyatımın mənası sənsən.

Təsirli səni sevirəm sözləri

Səni sevirəm, çünki mənim ən yaxşı vaxtlarımın sahibi sənsən. Səninlə keçirdiyiniz qısa anlar belə unudulmazdır. Bunun bitməsini istəmirəm. Sən olmayanda dəqiqələr getmir, zamana dözmək işgəncəyə çevrilir.

Səni sevirəm, çünki illərdir gizlədiyim sevgi sözlərini ortaya çıxardın. İndi bu sözləri çəkinmədən deyə bilirəm. Bilirəm ki, təkcə sən haqq edirsən bu sözləri.

Məqaləyə emosiya bildir:
emotion
11
emotion
3
emotion
3
emotion
3
emotion
19
emotion
2
emotion
6
Loading...
Dostlarınla paylaş:
4 ay əvvəl
3596 dəfə oxundu
ilk.az-çılar nə deyir?