Sevgi nə vaxt başlayır, nə vaxt bitir?

İnsanlıq qədər qədim və böyük duyğu haqqında zaman-zaman qeyd dəftərimizə qeylər yazırıq. Psixoanalitik Çağatay C. Öztürk ilə sevgi yolçuluğuna çıxmağa hazırsınız? Sevgi duyğusu Adəmlə Həvvadan indiyədək gələn və günümüzdə artıq psixoloji təşkilatlar tərəfindən xəstəlik olaraq dəyərləndiriləcək qədər mütəxəssisləri iki hissəyə bölən duyğudur. Sevginin insan bədəninə təsir edir, fiziki, ruhi və əqli zərbə vurur.

Araşdırmalara görə, aşiq olan insanların qarşışındakı insana aşiq olduqlarını söyləməsi ortalama olaraq qadınlarda 134, kişilərdə 88 gün çəkir. The Journal of Sexual Medicine dərgisinin araşdırmasına görə kişilər qadınlarla müqayisədə daha tez aşiq olurlar. Digər bir araşdırmaya görə isə kişilərin 48 %-i ilk görüşdə aşiq olur.

Sevgi nə zaman başlayır?

Sevgi nə zaman başlayır?

Xoşu gəlmə, ehtiras hissi insanı bir andaca sevgi duyğuları ilə üz-üzə gətirir. Əslində, sevginin anlıq bir hiss olduğu və bu duyğunun sevgiylə uzun illər davam etməsi aradakı bağları gücləndirən əsas təsirdi. Bu nöqtədə fərqli məşhurların sevgi ilə bağlı fikirlərindən sitatlar gətirmək olar. Ziqmund Freyd sevginin bir libido olduğunu, Albert Kamyu isə sevginin müvəqqəti aldanış olduğu, Jan Pol Sartr sevginin birləşmək olduğunu bildirib. Fridrix Nitzşe "Sevgi öz arzularını sevməkdir" deyib, Yohann Volfqanq Qöte isə daha qəddar təsbit verib və sevgini vaxt itkisi hesab edib.

İnsanların aşiq olarkən həm fiziki, həm də ruhi reaksiyaları ilə obsesif-kompulsif pozuqluqlara verdiyi reaksiyaların bənzərliyi aşkarlanıb. İnsan aşiq olarkən orqanizmində iki hormon yaranır: oksitosin və dopamin.

Sevginin 8 növü olduğunu qeyd edə bilərik. Lakin özünüzə uyğun sevgi növünü seçmək o qədər də asan deyil. Çünki aşiq olduğunuz zaman duyğularınızı idarə etməyiniz elə də asan başa gəlmir. Araşdırmalar göstərir ki, bir münasibətin sevgiylə başlayıb uzun illər davam etməsinin əsas səbəbi sevgili ilə əylənmək və onu təəccübləndirməkdir. Yəni, insan aşiq olduğu şəxslə əyləndiyi zaman onunla daha çox vaxt keçirmək istəyir. Digər bir araşdırmaya görə, bir münasibətdə kişi qadından hüzur, davamlı cinsi həyat və anlaşılma gözləyir. Qadınlarsa daha çox güvən və anlaşılma tələb edirlər.

Sevgi nə zaman bitir?

Sevgi nə zaman bitir?

Son illərdə edilən araşdırmalar sevginin altı ay və iki il ərzində sona çatdığını göstərir. Bəzi insanlar isə sevgilərinin ilk günkü kimi təzə-tər qaldığını dilə gətirir. Sevginin başlanğıc və son anlarına baxdıqda məmnunluqla dözüm arasında istiqamət aldığını görmək olar. Qarşınızdakı insanı nə qədər məmnun etsəniz, oradakı dözüm səviyyəsi daha çox olar. Eşqin müxtəlif formalarına keçid edə, qarşınızdakı insanla həyatı güvən və sevgi ilə paylaşa bilərsiniz. Sevginin bitməsi münasibətin bitməsi anlamına gəlmir. Sevgi sizinlə başlayır və sizinlə bitir.

Sevginin 8 növü

Sevginin 8 növü

Qayğıkeş sevgi: romantik münasibət və paylaşım daha az olur, daha çox qarşıdakı insan ailənin bir parçası kimi görülür.

Qalıcı sevgi: uzun illər davam etmə potensialı olan, bərabər şəkildə qarşılıqlı səylərin göstərildiyi, ehtirasın böyük olduğu sevgi

Tanış sevgi: qarşılıqlı duyğusal və fiziki bəyənmənin və ehtirasın olduğu, sonsuz sevgi duyğusunun hakim olduğu bir ortam. Bu cür sevgi yaşayanlar asanlıqla ailə quraraq uzun illər birlikdə ola bilərlər.

Romantik sevgi: sevgililərin bir-birilərinin əllərini tutması, öpüşməsi, sevgi dolu anlar yaşaması və s. Belə sevgi zamanı cütlüklər bir-birini gördükdə xüsusən fiziki istəkləri baş qaldırır.

Əyləncəli sevgi: cütlüklərin əylənərək bir-birilərini yaxşı hiss etdirdiyi, daha çox gülüb-əylənərək söhbət etdikləri bir sevgi növü.

Obsesif sevgi: insanın sevdiyinə çox bağlı olduğu, onu çox qısqandığı, qarışıq duyğular yaşadığı sevgi növü.

Özünü sevən sevgi: şəxsi ehtiyaclarına önəm verən, eyni zamanda özünü xoşbəxt və yaxşı hiss etdirən insanların ətrafında olmaqdan həzz duyan sevgi növü.

Fədakar sevgi: qarşısındakı insanın ehtiyaclarını təmin etməyə əsaslanan ruh halında olmaq və bütün bunları böyük fədakarlıqla etmək istəmək.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4936 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
leman (2 il əvvəl)
♥♥
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 10 ay əvvəl
  • 1253
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 10 ay əvvəl
  • 1112
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 11 ay əvvəl
  • 1283
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 1 il əvvəl
  • 1676
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2713
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1844