Sevgili ilə birlikdə edilə biləcək 8 məşğuliyyət
Sevgili demək olar ki, ən yaxın dost və sirdaşdır. Sevgilinizlə birlikdə etmək üçün çoxlu əyləncəli fəaliyyətlər vardır. Həmin maraqlı fəaliyyətləri təqdim edirik.
1. Gündəlik tutmaq
Hər günün qeyd edildiyi bir dəftər tutmaq çox klişe səslənə bilər. Ancaq sevgilinizlə hər gün bir səhifəlik gündəlik tutmaq və hər ayın sonunda qeyd olunanları qarşılıqlı oxumaq unikal bir təcrübə olacaq. Eyni zamanda cütlüklər bir-birindən incisələr belə, bu vərdişləri sayəsində bu durum uzun sürməyəcək.
2. Həftə sonu qaçışları
Bu məqamda önəmli olan təbii ki, cəsarətdir. Axı monoton həyatı rəngləndirmək üçün cəsarətli olmaq həmişə ən zəruri elementdir. Cəsarətli insan hətta həftə sonu sevgilisi ilə xaricə də gedə bilər.
3. Tanış olunan ilk günü anlatmaq
Sevgililər həmişə bir-birləri haqqında vacib anları yadda saxlayırlar. Bununla yanaşı, yaddaşlara həkk olunmuş xatirələrin yenidən üzə çıxarılması da son dərəcə zövqlü anlar yaşadacaq.
4. Birlikdə yemək hazırlamaq
Hər kəs yemək bişirə bilər. Sevgili ilə birlikdə yemək bişirməyin isə başqa bir ləzzəti var.
5. Musiqi alətində çalmağı öyrənmək
Birlikdə sənətlə məşğul olmaq istəyən cütlüklər bunu bacara biləcəklərini gördükdə bundan daha çox həzz alacaqlar.
6. Rəsm çəkmək
Bu məqamda istedad az da olsa ön plana çıxır. Çünki birlikdə rəsm çəkmək üçün xətlər bir-birinə uyğun olmalıdır.
7. Şeir oxumaq
İki sevgilinin edə biləcəyi ən gözəl şey bir-birinə şeir oxumalarıdır. Axı duyğuları ifadə etmək üçün bundan yaxşı bir yol yoxdur.
8. Qısqandırmaq
Məlumdur ki, sevgililər bəzi hallarda bir-birini qısqandırmaqdan böyük həzz alırlar. Eyni zamanda bunu etiraf etmək də başqa vacib məsələdir.
Məqaləyə emosiya bildir:
7856 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)