Sevgilidən ayrıldıqdan sonra edilən 5 səhv
Sevgilinizdən ayrıldıqdan sonra bəzi davranışlarınız xoşagəlməz təsir bağışlayır. Ayrılığı qəbul etməyən insanlar çoxdur. Onlar bəzən intiqam almaq istəyir, bəzənsə yalnış davranışlarla özlərini kiçildirlər. Aşağıda qeyd olunan hərəkətlər sizi pis duruma salacaq. Bu səhvləri etməyin.
1. Qısqandırmaq məqasədilə sevgili tapmaq
Ən böyük səhvlərdən biridir. Bu onu qısqandırmaz, əksinə, verdiyi qərarın doğru olduğuna əmin edər. Ayrıldıqdan sonra qısa müddətdə sevgili tapmağınız sizin sadiq biri olmadığınızı göstərir. Keçmiş sevgilinizin yaxın dostları ilə görüşmək özünüzü və qarşınızdakını aldatmaqdır. Bunu etməklə özünüzlə bağlı pis fikirlər qazanarsınız.
2. Davamlı zəng etmək
Gedənin arxasınca düşməyə gərək yoxdur. Keçmiş sevgilidən dost olmaz. Sənə dost kimi baxır, sən də hər gün onu axtarır, onunla maraqlanırsan. Sən axtardıqca o qaçacaq, səndən qurtulmaq üçün. Ətrafındakı insanlara "ayrıldım, yenə də əl çəkmir" deyəcək.
3. "Sənsiz qala bilmirəm" deyə yalvarmaq
Ayrılıqdan pərişan olsan da bunu biruzə vermə. Xarakterinin güclü olması qarşındakını da mütəəsir edəcək. Ayrıldıqdan sonra onsuz qala bilmədiyini deyib yalvarmaq səni onun gözlərində cılızlaşdıracaq. Onu tamamən itirəcəksən. Ona görə əzab çəkdiyini hiss etdirməməlisən.
4. Araya vasitəçi cəlb etmək
Ortaq dostlarınızı araya salaraq yenidən birlikdə olmağa çalışmaq səhv davranışdır. Dostlar onun yanına gedib sənin pis vəziyyətdə olduğunu söyləyəcəklər. Bu da səni onun gözlərində kiçildəcək.
5. Ortadan yox olmaq
Bu da səhv addımdır. Zəng etsə, danış, amma məsafə saxlayaraq. Yeni ayrıldığınız üçün həll edilməsi vacib olan məsələlər ola bilər. Əlçatan yerlərdə ol.
Dostlarınla paylaş:
1042 dəfə oxundu
ilk.az-çılar nə deyir?