Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Təxminən 35 min alman hərbçisi fövqəladə vəziyyət zamanı müttəfiqlərə qısa müddətdə dəstək verməyə hazırdır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Latviyaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır: "Buna görə də Almaniya və digər müttəfiqlər NATO-nun Şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirmək üçün iki il əvvəl Baltikyanı ölkələrə əlavə birliklər köçürmək qərarına gəliblər".

Qeyd olunub ki, Almaniya Estoniyada, 2024-cü ildə isə Latviyada hava məkanının mühafizəsini öz üzərinə götürüb.

Almaniya Kansleri vurğulayıb ki, Bundesver əsas diqqətini Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə yönəldəcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
339 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Oğuzda qumbara və sursat aşkarlanıb
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bucaq...
  • 31 dəq. əvvəl
  • 9
“Yaşıl muzey” interaktiv proqrama başlanılıb
Bakı, 19 may, AZƏRTAC“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində...
  • 36 dəq. əvvəl
  • 10
Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə...
  • 1 saat əvvəl
  • 16
“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin...
  • 3 saat əvvəl
  • 29
Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya...
  • 4 saat əvvəl
  • 36
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8...
  • 5 saat əvvəl
  • 42