Uşaqlar üçün evli qalmaq doğrudurmu?

2020-ci ildən bəri dünyanın dörd bir tərəfindəki ailələr iş və şəxsi həyatlarındakı problem, iqtisadi təzyiqin artması, məktəblərin bağlanması və ev işlərinin qeyri-bərabər paylanması kimi dözümlülük sınağına məruz qaldılar. Karantin tədbirlərinin yumşaldılmasının qlobal miqyasda boşanmaların sayının artmasına səbəb olacağı ekspertlərin proqnozları sırasındadır.

Boşanmaq və boşanmamaq qərarı uşaqla əlaqələndirilməməlidir

Uşaqlar üçün evli qalmaq

Cütlüklər yola gedə bilməyəcəklərinə əmin olduqda, birlikdə yaşamağın çətin və yorucu olduğuna qərar verdikdə ayrılmaq qərarına gələ bilərlər. Ailədə uşaqların olması cütlüklərin boşanmaq qərarına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Bir çox valideynlər ayrılmaqistəsələr də, uşaqları üçün ndavam etdirdikləri nikahda ruhən ilişib qalırlar. Halbuki tükənmiş bir evliliyə son qoymaq uşaqların yaxşılığı üçün çox vacibdir. Valideynlərin davranışlarından asılı olmayaraq, uşaqlar bunu hiss edirlər. Bəzən sevgisizlik və evlilikdə məhbus olmağın pis enerjisi evin divarlarına belə çökür. Bu cür evlilik istənilən halda ər və arvada, övladlara zərər verir.

Uşaqların narahatlığına boşanma yox, valideynlərdən ayrı qalmaq səbəb olur.

Təbii ki, uşaqlar valideynlərinin boşanmasını istəmirlər. Ancaq əslində istəmədikləri şey valideynlərindən ayrılmaqdır. Bir daha görüşməmək, çox darıxmaq kimi narahatlıqlar səbəbiylə boşanma variantından qorxurlar. Boşandıqdan sonra uşaqların valideynləri ilə ünsiyyəti sağlam şəkildə təşkil olunarsa,valideynlik vəzifə və məsuliyyətləri pozulmazsa, uşaqlar çox qısa müddətdə bu yeni vəziyyətə uyğunlaşacaqlar. Uşaqlar valideynlərinin bədbəxt, narahat və gücsüz olmasını istəmirlər.

Sərhədlərin düzgün təyin edilməsi vacibdir.

Uşaqlar üçün boşanmamaq

Bəzi cütlüklər ayrılığa alışma prosesində yenə uşaqları səbəb göstərərək, uşaqlarla bir araya gəlmək üçün müxtəlif planlar qura bilərlər. Bəzən yumşaq bir keçidin uşaqları üçün yaxşı ola biləcəyini düşünən valideynlər sərhədləri çəkmək və qorumaqla bağlı qərarlı ola bilmirlər. Bu, xoş niyyətli bir fikir olsa belə uyğunlaşma prosesini uzadır və uşaqlar üçün çətin nəticələrə səbəb olur. Boşandıqdan sonra həftədə yalnız bir neçə gün uşaqları görmək və ya yeni münasibət qurmaq uşaqlara qarşı günahkarlıq duyğuları hiss etməyə səbəb ola bilər. Boşanmış valideynlər şəxsi qayğıları, yaşadıqları vicdan narahatlığı səbəbindən mövcud qaydaları tətbiq etmək və qorumaqda çətinlik çəkə bilərlər.

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
2
emotion
2
Dostlarınla paylaş:
1 il əvvəl
2328 dəfə oxundu
ilk.az-çılar nə deyir?