Xanımlara özəl: Niyə yalnız olduğunuzla bağlı 10 reallıq

Həyatınızın sevgisini axtranan subay insansınız? Yalnızlığı sevib əlaqələrinizin davamlı olmadığını düşünürsünüz? Yalnız olmağınızın səbəbləri ilə bağlı məlumatları təqdim edirik.

1. Belə olmağı sevirsiniz

Tənbəl olduğu və ya əlaqədən qorxduğu üçün deyil, bəzi qadınlar yalnızlığı sevir. Siz də sevgilidənsə iş yoldaşları və hobbilərlə vaxt keçirən qadınlardan ola bilərsiniz. Biraz macərapərəst olun, həyatın sizi hara çəkdiyinə diqqət yetirin.

kitab oxuyan qız

2. Unuda bilmədiyiniz bir insan var

Bu, sadə səbəbdir. Keçmiş sevgilinizə hisləriniz hələ də qala bilər. Bu olay sizi xoşbəxt olmağa qoymur, yeni əlaqələrdən çəkindirir. Yeni insanlarla tanış olmaq üçün keçmişdə olanları bir kənara qoyun.

yalnız qadın

3. Doğru insan axtarırsınız

Bu, səhv olmayan durumdur, lakin standartlarınızı çox da yüksək tutmamalısınız. Çoxlu insanlarla tanışlıq seçim imkanının əhatəsini genişləndirir. Özünüzü məhdudlaşdırmayın. Beləliklə, istədiyiniz istədiyiniz insanı tapa bilərsiniz.

tək oturan xanım

4. Narahatlıqdan qorxursunuz

Belə qorxu hamımızda var. Bu qorxunu dəf edin, bir əlaqənin gözəl və sevgi dolu olduğuna inanın. Özünüzü fiziki və ruhaən qapatsanız, heç kimlə əlaqə qura bilməzsiniz. Dünyaya, insanlara açıq olun. Nə istədiyiniz, hiss etdiyiniz haqqında danışın.

ağlayan gözəl qız

5. İlk görüşləri sevmirsiniz

Biriylə ilk dəfə görüşmək fərqli nəticələnə bilər. Bununla bağlı qorxu hissiniz növbəti görüşlərin də gözəl nəticələnməsini əngəlləyir. İlk görüşdə iki insan bir-birinə aşiq ola bilər. İlk görüşdən əvvəl onunla uzun müddət telefonla danışın.

ilk görüş

6. Bütün yaxşı kişilərin həyatlarında qadın olduğuna inanırsınız

Bir qadının zibili başqa bir qadının xəzinəsi ola bilər. Buna görə kişi poulyasiyası ilə bağlı ümidinizi üzməyin. Diqqətinizi çəkən kişi ilə ünsiyyət qurmaq maraqlı olacaq.

qısqanc xanım

7. Seçiminiz səhv olur

Bəzən əlaqə xatirinə səhv adamları həyatımıza daxil edirik. Yalnızsınızsa və sevgilinizin olmasını istəyirsinizsə, özünüzlə çoxlu vaxt keçirin. Daxilinizdəki bəzi məsələləri yoluna qoyun. Yoxsa sizi üzəcək biriylə bir ömür yaşamağa məcbur olarsınız.

dəniz kənarında yalnız qadın

8. Heç kimlə görüşmürsünüz

Evdə oturub sevimli serialı izləmək həzzvericidir. Yenə də evdən çıxıb real əlaqələr qurmaq lazımdır. Dostlarınızdan savayı digər insanlarla da maraqlı vaxt keçirə bilərsiniz.

tək oturmuş qız

9. Özünüzə baxmırsınız

Özünə baxmaq subay və ya evli olmaqla əlaqəli olmamalıdır. Bəzi qadınlar bunu münasibətlə əlaqələndirirlər. Gözəl, sağlam görünməyiniz vacibdir. Özünüzü sevin, diqqət ayırın. Beləcə, özünüzə inam hissiniz artacaq.

bəzənən qız şəkli

10. İşi bəhanə kimi istifadə edirsiniz

Kariyera sahibi olan qadın olmaq əlbəttə yaxşıdır. Bəzi qadınlar isə sevgidən qaçmaq üçün işi bəhanə gətirirlər. Dünyanın ən uğurlu qadını ola bilərsiniz, lakin yalnızlıq həyatınızda olacaq. Sevginin önəmini unutmayın.

işgüzar xanım

Məqaləyə emosiya bildir:
3 il əvvəl
7468 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Nuray (3 il əvvəl)
Yaxşı.deyil
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 4 ay əvvəl
  • 686
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 5 ay əvvəl
  • 617
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 6 ay əvvəl
  • 829
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 8 ay əvvəl
  • 1105
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 9 ay əvvəl
  • 2172
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 10 ay əvvəl
  • 1419