Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “AAAF İnşaat” MMC-yə məxsus yüksəkmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, təlim, ümumilikdə, ərazidə baş verə biləcək yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmadığı, daxili yanğın su kranlarının quraşdırılmadığı, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı, yaşayış kompleksindən çıxış qapısının fərdi evlərin sakinləri tərəfindən tutulduğu, qaz təsərrüfatının yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi də müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda, yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə hazır vəziyyətə gətirilməsi və əməliyyatların səmərəli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözlənilməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla saxlanılmalıdır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
298 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 3 dəq. əvvəl
  • 2
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 18 dəq. əvvəl
  • 12
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə neft hasilatının həcminin ilin sonunadək sutkada 100 min barelə çatdırılması...
  • 1 saat əvvəl
  • 20
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında...
  • 2 saat əvvəl
  • 29
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi...
  • 3 saat əvvəl
  • 31
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və...
  • 4 saat əvvəl
  • 39