Xoşbəxt evliliyin 9 əsas şərti

Evliliklərdə yaranan bəzi problemləri asanlıqla həll etmək mümkündür. Xoşbəxt evliliyin əsas şərtlərini təqdim edirik.

Gərgin iş rejimi, mübahisələr ailədə böyük problemlərin yaranmasına səbəb olur. Hər şeydən əvvəl bir bütöv olduğunuzu, bir-birinizdən üstün olmadığınızı və bir-birinizə hörmət bəsləməli olduğunuzu unutmamalısınız.

1. Hörmət və sevgi

Xoşbəxt evliliyin ilkin şəti sevgidir. Sevdiyiniz insanla ailə qurun. İki insanın bir-birini sevməyi onların evliliyini də uzunömürlü edir. Hörmət və sevginin olduğu ailələr xoşbəxt və sarsılmaz olurlar.

Hörmət və sevgi

2. Bağlılıq və sədaqət

Sizi itirməkdən, incitməkdən, üzməkdən qorxan biriylə birlikdə olmalısınız. Tərəflər bir-birilərinə sədaqətli olmalıdırlar. Bu, aranızdakı etibarı gücləndirəcək. İtirmək həyəcanı yaşayanlar ailələrinə daha bağlı olurlar.

Bağlılıq və sədaqət

3. Fərqliliklərə sayğı durmaq

Qadın və kişi arasında fərqliliklər var. Ancaq bu fərqlər onları bir-birindən üstün hala gətirmir, əksinə onların bir-birini tamamlaması üçün vacibdir. Fərqliliklər evliliyin monotonluqdan çıxmasını təmin edir. Xırda mübahisələr evliliyin dadı-duzudur.

Fərqliliklərə sayğı durmaq

4. Cinsi uyğunluq

Cinsi uyğunluq evliliyin ən vacib ünsürlərindəndir. Tərəflər cinsi baxımdan uyğunluq təşkil etmədikdə bəzi problemlər yaranır. Ərlə arvad tez-tez göz təması qurmalı, bir-birinə toxunmalı və öpüşlərə üstünlük verməlidirlər.

Cinsi uyğunluq

5. Problemlər bir nəfərin üstünə yüklənməməlidir

Hər ailədə bəzi anlaşılmazlıqlar meydana çıxır. Ancaq bütün səhvlər tərəflərdən birinin üstünə atılmamalıdır. Hər problemin iki səbəbkarı var. Qadın və kişi öz üzərlərinə düşənləri etməlidir. Unutmayın, həyat müştərəkdir. 

Xoşbəxt evlilik

6. Qəzəb və əsəb

Qəzəblənərkən ayrı otaqlarda gözləyin. Sakitləşmək üçün başınızı qatan fəaliyyətlər tapın, musiqi dinləyin. Sakit tərzdə həyat yoldaşınızla danışa, evdən çıxıb hava almasını rica edə bilərsiniz. Əsla başqalarının yanında dalaşmayın. Problemlər daha da alovlana bilər.

Qəzəb və əsəb

7. Ortaq hobbilər yaradın

Ortaq hobbilərin olması, birlikdə nədənsə həzz almaq evliliyi möhkəmləndirir. Birlikdə əylənmək, vaxt keçirmək vacibdir.

Ortaq hobbilər

8. Bir-birinizdən ayrı qalmayın

Mümkün qədər uzaq düşməyin. Birlikdə çoxlu zaman keçirin. Bəzi cütlüklər uşaq doğulduqdan sonra bir-birinə əvvəlki tək vaxt ayırmırlar. Həyat yoldaşınızla dost olun, onunla dərdləşin. Problemlərinizi bir yerdə aradan qaldırın.

Xoşbəxt cütlüklər

9. Kiçik sürprizlər və jestlər edin

Evlilikdə sürprizlər və jestlər vacib elementlərdir. Onlar evliliyə maraq, həyəcan qatır, dəyəri əyani şəkildə nümayiş etdirir. Məsələn, səhər ona qəhvəaltı hazırlayın. Öz əllərinizlə kiçik hədiyyələr düzəldin.

Sevgili kiçik sürprizlər

Məqaləyə emosiya bildir:
3 il əvvəl
6141 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 8 ay əvvəl
  • 1050
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 8 ay əvvəl
  • 962
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 9 ay əvvəl
  • 1133
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 11 ay əvvəl
  • 1495
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2516
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1696