Xoşbəxt evliliyin sirri empatiyadan keçir

Yenilənmə tarixi: 2023-09-06

Xoşbəxt evliliyin sirri cütlüklərin bir-birini anlaması ilə əlaqəlidir. Empatiya olmadıqda problemlər yaranır. Xoşbəxt bir evliliyin əsaslarından biri empatiyadır. Empati, başqa bir insanın duyğularını, düşüncələrini və perspektivini anlamağa çalışmaq deməkdir. Birlikdə yaşamağın və bir ailə qurmağın çətinlikləri zaman zaman qarşılıqlı anlayış və dəstəyə ehtiyac göstərir. Empati sayəsində hər iki tərəf bir-birinin yerinə qoyaraq, onun nə hiss etdiyini və necə düşündüyünü anlamağa çalışır. Bu da qarşılıqlı münasibətlərdə daha sağlam əsasların qurulmasına və problemli situasiyalara daha effektiv şəkildə həll tapmağa kömək edir.

Cütlüklər arasında "biz" duyğusunu inkişaf etdirməyin əsas yolu olan empatiya ərlə arvadın bir-birinə qarşı olan öhdəliklərini yerinə yetirməsini təmin edir. Bir yastıqda qocalmaq, yaxşı və pis gündə bir yerdə olmaq üçün bəzi məqamları anlamaq lazımdır.

Hər iki tərəf də bir-birilərini dinləyərkən, sözlərin ardındakı hissləri və düşüncələri anlamaya çalışmalıdır.

Duyğusal olaraq yaxın olmağa çalışmaq, bir-birinizə olan qərarlılığınızı və sevginizi sübut etmək üçün əhəmiyyətlidir.

Hər iki tərəfin fərqli marağları və həvəsləri ola bilər. Empati ilə onların marağlarını və istəklərini anlamağa çalışmaq, qarşılıqlı hörmət və münasibətləri daha da gücləndirəcəkdir.

Üsküdar Universitetinin rektoru professor Nevzat Tarhan:

"İnsan duyğu yoxsulu olan zaman qarşı tərəfin nə hiss etdiyini anlaya bilməz. Qarşındakının duyğularını anlamamaqdan böyük eoistlik yoxdur"

- deyə bildirib. O, xoşbəxt evlilik üçün cütlüklərin bəzi nöqtələri göz önündə tutmaları olduğuna diqqət çəkib.

Evlilikdə "biz" demək üçün zəhmət çəkmək əsas şərdir!

"Biz" duyğusu bütün fərqlilikləri ilə "birlikdə olmaq" anlamı verir. İnsan üstünlük qurmadan azad ola bilməlidir. Buna nail olmaq əziyyət tələb edir. Gözəl piano ifa edən birindən nə qədər çalışdığını soruşduqda "gündə 9 saat" cavabını aldım. Bir pianoya bu qədər zaman sərf olunursa, yaxşı bir evlilik üçün kim bilir, nə qədər fədakarlıq edilməlidir. Buna görə əmək verilən evliliklər keyfiyyətli olur. Önəmli olan qarşı tərəfi dəyişdirməyə çalışmaq deyil, çevik yaxınlaşma sərgiləməkdir.

Xoşbəxt cütlük

Cütlüklərin duyğu fərqliliyi eqoizmə səbəb ola bilər!

Kişilərin qadınlarla müqayisədə daha az duyğusal olduğunu deyən Nevzat Tarhan "İnsan duyğu yoxsulu olduğu zaman qarşı tərəfin hisslərini anlamır. Bu isə ən böyük epoistlikdir. İnsan "özümü onun yerinə qoymalıyam" və ya "onun yerində olsaydım nə edərdim" deyə düşünməyib, hər şeyə öz pəncərəsindən baxsa, doğru davrana bilməz", - deyə vurğulayıb.

qucaqlaşmış evli cütlük

Evlilikdə empatiya əsas şərtdir!

Bu metodda insan bir şey anladarkən qarşısındakı onu anladığını və təsdiqlədiyini bildirir. Duyğuların bu cür paylaşımı təsdiqləmə prosesini sürətləndirir. Bu, qarşı tərəfə "düşüncə tərzini və nə demək istədiyini anlayıram" deməkdir. İki nəfər arasında anlaşma modeli yarandıqda tərəflər bir-birinə itaət edir və bir-birini tamamlayır. Belə bir ortamda xoşbəxt evlilik reallaşacaq, gözəl övladlar yetişəcək.

Məqaləyə emosiya bildir:
emotion
11
emotion
8
emotion
9
emotion
14
emotion
11
emotion
7
emotion
8
Dostlarınla paylaş:
3 il əvvəl
6928 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
sura (4 ay əvvəl)
Elə öpür. o kişini görsəm dodaxlarindan opərəm
Arif (3 il əvvəl)
Connection
Yutubr (3 il əvvəl)
BÖÖÖÖÖÖ