Yuxuda at görməyin yuxuyozması

Yenilənmə tarixi: 2022-09-10

İnsanlar yuxuda bəzi heyvanları görəndə çox xoşbəxt olurlar. Yuxuda gördükləri heyvanın nə demək olduğunu düşünürlər. Onlardan biri yuxuda at görməkdir. Yuxuda müxtəlif növ atlar görmüş ola bilərsiniz. Məsələn, ağ at görmək, qara at görmək və ya qaçan at görmək kimi sadalana biləcək bir çox vəziyyət var.Yuxuda at görmək yaxşı əlamət sayılır. Yuxuda at görən şəxs yüksək mövqe sahibi olar, uğurlu səfər edər.

Yuxuda at görmək bolluq, bərəkət, zənginlik anlamı daşıyır. Lakin atdan enmək əks məna daşıyır. Yuxuda görülən atın forması, rəngi böyük məna kəsb edir. Məsələn qızılı quyruqlu və ayaqlı at dindarlıq əlamətidir. Bəs , qara və başqa rənglərdə olan at necə yozulur? Yuxuda at arabası görmək nəyə işarədir?

Bir yuxuda at sürmək ümumiyyətlə murat, bolluq kimi ifadə olunur. Daha çox yuxuda gördüyünüz atın rəngi və qaçması ən əhəmiyyətli xüsusiyyət kimi vəziyyətləri görmək fərqli vəziyyətləri göstərir. Yuxuda at görmək izzət, şərəf və dövlətə işarədir. Kirmaninin fikrincə, at düşmənləri yenməyə dəlalət edir.

Yuxuda ata minmək yol kimi yozulur. Erkək ata minən yuxu sahibini sevməyən insanlar vardır.

Yuxuda atdan enmək pis əlamətdir. Çətinlik və sıxıntıdan xəbər verir. Yuxuda ağ at görmək yuxu sahibinin rəqibini məğlub edəcəyi anlamına gəlir. Kirmaninin fikrincə, ağ at dinin qüvvətinə və dövlət tərəfindən verilən əmlak və etibara işarədir. Yuxuda ağ cizgiləri olan at görmək dindar qadın kimi yozulur.

Yuxuda qara at görməyin mənası nədir?

Yuxuda qara at görmək

Qara atı yuxuda görmək, yuxunu görən şəxsin ümumi liderliyini göstərir. Başqa sözlə, onun idarəçi olacağını və dövlət başçısı kimi bir rütbəyə sahib olacağını göstərir. Bəzi yuxu yozucuları bunun dünya mallarına işarə etdiyini söyləyirlər. Yuxuda qara at görmək səltənət, ululuq, dövlət və dünya deməkdir. Belə yuxu görən şəxs liderlik və mal-mülk sahibi olacaq.

Yuxuda qızılı at görmək yuxu sahibinin özünə qarşı comərd davranacağına, böyük şans əldə edəcəyinə işarədir. Yuxuda qızılı tüklü at görən kişi dindar qadınla ailə quracaq.

Yuxuda at öldürmək bolluq və bərəkət deməkdir. Yuxuda atın dişlədiyini görmək gücdən, qüvvətdən xəbər verir.

Yuxuda at arabası görmək yuxu sahibinin iş qurması, uğur qazanması kimi yozulur.

Yuxuda qaçan at görmək yuxu sahibinin şəfa, xeyir, hidayət və izzət tapması anlamına gəlir.

Yuxuda uçat at görməyin yuxuyozması

Yuxuda uçat at görmək

Yuxuda uçan at görmək istənilən məqsədlərə nail olunacağına və xoşbəxtliyə səbəb olacaq yeniliklərə dəlalət edir. Qələbə, zəfər hesab olunur.

Yuxuda qara at görmək zənginliyə, cins at görmək gücün artmasına, ağımsov at görmək gəlirli işlər görüləcəyinə, qırmızı və ya kül rəngində at görmək işlərin pisləşməsinə işarədir.

Bir şəxsin yuxusunda ata mindiyini görməsi onun tezliklə evlənəcəyi və ya ev alacağına dəlalət edir. Ata minmək həmçinin, səyanət, qismət anlamı verir.

Yuxuda dəlisov ata minmək yuxu sahibinin yalançı və hiyləgər insanla rastalaşacağı və ondan zərər görəcəyi kimi yozulur.

Yuxuda at öldürdüyünü görmək mal və pula qovuşmaq, at tərəfindən dişlənildiyini görmək hörmət və etibar sahibi olmaq mənası verir.

Yuxuda at satdığını görmək pis əlamətdir. Belə yuxu sahibi dava edər, ailədaxili çətinliklərlə üzləşər. Yuxuda bazardan at aldığını görən şəxs iş yerini dəyişər.

Yuxuda erkək ata minmək iqtidar və gücdən xəbər verir. Yuxuda dişi ata minmək və ya satın almaq gözəl xanımla ailə qurmağa işarədir.

Yuxuda küçədə çoxlu at görmək yağış yağacağı, sel olacağı deməkdir.

Yuxuda küçədə çoxlu at görmək

Yuxuda bir atdan düşüb başqa ata mindiyini görmək iş dəyişdirilməsinə dəlalət edir. Yuxuda bağlı ata minmək gecikmiş xoşbəxtliyə, silahlanıb ata minmək güclü olmağa, atın oğurlandığını görmək işini itirməyə, hətta ölümə işarədir.

Yuxuda digər heyvan görməyin yuxu yozumları:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
35608 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 931
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2750
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 779
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 664
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 835
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 950