Yuxuda hamilə olduğunu görməyin yuxuyozması
Yuxuda hamilə olduğunu görmək nə anlama gəlir? Yuxuda hamiləlik ilə əlaqəli nəsə görməyin mənası nədir? Bu məqaləmizdə hamiləlik haqqında görülən yuxuların yozumunu paylaşmışıq.
Yuxuda hamilə olmaq, hamilə qadın görmək, hamiləlik testi etmək və bununla bağlı digər şeylər nədən xəbər verir?
Yuxuda hamilə olduğunu görmək
Bu, yaxşı xəbərlərə, xeyirli işlərə, hüzura işarədir. Belə yuxu görənin maddi vəziyyəti yaxşılaşacaq, bərəkəti artacaq.
Yuxuda hamiləlik:
- Bərəkət
- Qazanc
- Xoşbəxtlik
- Şərəf
- Uğur
- Sürpriz
- Mənfəət
Yuxuda hamiləlik görmək
Yuxuda hamilə olduğunuzu görürsünüzsə, bu, bərəkətdən xəbər verir. Kirmaniyə görə yuxuda hamilə olduğunu görən şəxsin pulu və rifahı artar. Nədənsə xəbər gözləyirsinizsə, bu, müsbət nəticələnəcək.
Yuxuda hamilə olduğunu görmək xeyrə yozulur. Bəzi yuxu yozucular bu yuxunu övlad sahibi olmaq kimi dəyərləndirir. Borcların bağlanmasına, maddi rahatlığa da dəlalət edir.
Yuxuda oğlan uşağına hamilə olduğunu görmək
Bu, gözəl bir xəbər almaq və ya gəlir əldə etməyə işarədir. Həyatında baş verəcək gözəl anlara dəlalət edir.
Subay qızın yuxuda özünü hamilə görməsi
Bu, gözəl günlərə, qismətə işarədir. Yuxuda subay qızın özünü hamilə görməsi iş həyatındakı uğurlardan xəbər verir.
Yuxuda uşaq dünyaya gətirmək
Bu, seçim etmək anlamını verir. Yuxu sahibinin mümkün iki seçimdən birini seçəcəyini zəruri edir.
Yuxuda qız uşağına hamilə olduğunu görmək
Bu isə ailədəki müsbət olaylardan xəbər verir.
Nişanlı qızın yuxuda özünü hamilə görməsi
Yuxu sahibinin seçiminin doğru olduğu deməkdir. Nişanlı qızın yuxuda özünü hamilə görməsi yuxu sahibinin həyatı boyunca hüzurlu olacağına işarədir.
Yuxuda dul qadının özünü hamilə görməsi
Bu, yuxunu görən şəxsin böyük gəlir qazanacağı və özünü yaxşı hiss edəcəyi anlamına gəlir.
Yuxuda subay şəxsin özünü hamilə görməsi
Yuxu sahibinin maddi və mənəvi mənada rahatlayacağına, bütün gözləntilərinin qarşılanacağına işarədir.
Yuxuda kişinin özünü hamilə görməsi
Bu, çətin işlərə girişməyə cəhd deməkdir. Kişinin yuxuda özünü hamilə görməsi həm də uzunmüddətli tətildən xəbər verir.
Yuxuda yaşlı qadının özünü hamilə görməsi
Yuxunu görənin sevinəcəyi, yaxşı xəbər alacağı kimi yozulur. Xeyirli işlərdən xəbər verir.
Yuxuda qısır qadının özünü hamilə görməsi
Bu, mənfi yozulur. Yuxu sahibinin pis insanlardan dolayı zərər görəcəyinə işarədir.
Yuxuda bakirə qızın özünü hamilə görməsi
Evlənməmiş qızın özünü hamilə görməsi onun özünə uyğun bir kişiylə evlənəcəyi kimi yozulur.
Yuxuda hamiləliklə bağlı digər məqamlar
- Yuxuda bir heyvanın hamilə olduğunu görmək xeyir, mənfəət deməkdir.
- Yuxuda həyat yoldaşınızın hamilə olduğunu görmək böyük istəklərinizdən xəbər verir: ev, maşın, iş və s.
- Hamilə qadın yuxuda qarnından balıq çıxdığını görübsə, doğulacaq uşağın qız olacağı deməkdir.
- Uşaq yuxuda hamilə olduğunu görürsə, deməli, onun anası hamilə qalacaq.
- Hamilə qadının yuxuda armud görməsi uşağın cinsiyyətinin oğlan olması deməkdir.
- Yuxuda ticarətçi birinin özünü hamilə görməsi işlərinin açılacağı anlamına gəlir.
- Yuxunu görən tələbədirsə, dərslərindəki uğurlardan xəbər verir.
- Qısır qadının özünü hamilə görməsi il ərzində pis şeylər yaşayacağı kimi yozulur.
- Subay şəxsin yuxuda özünü hamilə görməsi xeyirli bir qismətin çıxacağı deməkdir.
- Dul qadının özünü hamilə görməsi yenidən evlənib xoşbəxt olacağına işarədir.
Yuxuda hamilə kişinin doğduğunu görmək
Yuxunu görən şəxs məsuliyyətin altına girəcək. Bir qadın tərəfindən ciddi zərərə məruz qala bilər. Ancaq bu problemlərdən xilas ola biləcək.
Bir kişinin özünü hamilə görməsi
Həyatınızda bir sıra problemlərin olması anlamına gəlir. Bunu kiminləsə paylaşmasanız psixoloji sarsıntı keçirəcəksiniz. Yaxşı bir dosta danışmaq lazımdır.
Hamilə şəxsin ağzından doğduğunu görmək
Ölüm mənsını verir. Sərtliyinizlə insanları incitdiyiniz anlamına gəlir. Buna görə davranışlarınıza diqqət edin.
Hamilə həyat yoldaşınızın oğlan doğduğunu görmək
Yoldaşınız hamilədirsə və onun oğlan doğduğunu yuxuda görürsünüzsə, doğulacaq körpə qız olacaq.
Ticarətçi və ya sənətçi birinin özünü hamilə görməsi
Bu, xeyr əlamətidir. Rəqib tanımadan uğurlu olacağına işarədir.
Sizə maraqlı olacaq digər yuxuyozmalar:
Dostlarınla paylaş:
8964 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Yuxuda oglan usagna hamile qaldim