ARB TV-də yayımlanan "Sayqa ilə" verilişində maraqlı anlar yaşanıb.

Mövsümün ilk verilişində qonaq olan Afaq Aslana surpriz evlilik təklifi edilib. Belə ki, Afaq Aslana vurulduğunu bildirən gənc əlində gül ilə Afaq Aslanın qarşısında diz çökərək evlilik təklifi edib. 

Müğənni Afaq Aslan gənc oğlana "Yox" cavab; verib və "24 yaşı var, uşaqlıq sevgisidi bu hələ" deyə bildirib.

Gənc "Yox" cavabından sarsılıb və göz yaşlarını saxlaya bilməyib. Sonda isə ürəyi gedərək yerə yıxılıb. Həmin kadrları sizə təqdim edirik: