Bəzi insanlar yuxuya keçmək problemi yaşayırlar. Asan yatmağın sirlərini təqdim edirik.

1. Yuxu müddəti 8 saat olmalıdır. 6 saatdan az yatmaq sinir probleminə və performans azalmasına səbəb olur.


2. Yuxu keçmədən 3 saat əvvəl məşq etməyə çalışın.


3. Yatdığınız otağın pərdələrinin qalın və tünd rəngli olmasına, içəri işığın düşməməsinə diqqət edin.


4. Yataq otağında telefon və televizor olmamalıdır.


5. Hər gün eyni saatda yatmaq və oyanmaq önəmlidir.


6. Yatdığınız otaqda işıq olmamalıdır. İşıq yuxuya keçməyinizə mane olar.


7. Rahat olduğunuz formada yatıb.


8. Yatmadan əvvəl siqaret çəkmək və ya spirtli içki içmək olmaz. Yuxuya keçməkdən əvvəl çox qidalanmamalısınız.


9. Gecələr oyananda saata baxmayın. Bu, yuxunuzu poza bilər.


10. Yatmaq üçün yuxu dərmanları istifadə etməyin. Sizdə asılılıq yaranar və dərman olmadan yata bilmərsiniz.


11. Yatağa girdikdə problemlərinizi düşünməməlisiniz.


12. Gecələr yatmaqda çətinlik çəkirsinizsə, günorta yuxularından imtina edin.


13. Yatdığınız otağın temperaturu 18-25 dərəcə arasında olmalıdır.


14. Yatdığınız yataq da yuxunuzu qaçıra bilər. Belə olan halda yatağınızı dəyişdirin.


15. Yatdığınız otaqda gözəl qoxunun olması yuxunuzu asanlaşdıra bilər. Yatağınıza və ya saçlarınıza gözəl qoxu vura bilərsiniz.