Bir körpə dünyaya gələndə "kimə bənzəyir" mübahisəsi qaçılmazdır. Körpəni görən hər kəsin bu barədə bir fikri var. Fiziki xüsusiyyətlər kimi, xarakter xüsusiyyətlərinin bir hissəsi anadan, bir hissəsi atadan miras qalır. Genetika öncədən proqnozlaşdırılmayacaq bir şeydir. Bəzən insanlar 12 əl və ayaq barmaqları ilə doğulur, bəzən ağdərili valideynlərdən qaradərili körpə dünyaya gəlir. Elm adamlarına görə atadan alınan xüsusiyyətlər:

Amma bununla belə, bəzi xüsusiyyətləri öncədən müəyyənləşdirmək mümkündür. Daha doğrusu, uşağın genetikasını məhz ana və atasından alması hələ doğuşdan əvvəl körpənin necə biri olacağını təxmin etməyə əsas verir.

Boy


Bir çox valideyn övladlarının daha uzun olmasını istəyir, lakin uşağın boyunu böyük ölçüdə ata müəyyənləşdirir. Ata hündürdüsə, uşağın da hündür olacağı ehtimalı yüksəkdir.Doğulacaq uşağın bu geni atadan götürülür. Hündür ataların, adətən, hər zaman hündür övladları olur.

Göz rəngi


Bu mövzuda da kişi genləri qadın genlərini üstələyir. Böyük ehtimalla, yeni doğulacaq uşağın göz rəngi və üz quruluşu atasından götürüləcək.

Dişlər


Çənə konfiqurasiyasına “cavabdeh” genlər kişilərdə daha aktiv olduğundan uşağın dişlərinin qeyri-bərabər və ya nazik olması atasından keçir.

İntellekt səviyyəsi


Bu, xüsusilə maraqlıdır. Belə ki, dahi ataların dahi oğula sahib ola bilməyəcəyi sübut edilib. Amma xoşbəxtlikdən, axmaq ataların da zəkası miras olaraq keçmir. Atanın zəka səviyyəsinin yarısı ancaq qız uşağına keçə bilər. Bu isə o deməkdir ki, ata intellektlidirsə, qızı onun zəkasının 50 faizini götürə bilər.

Ancaq onlar baba olduqda və oğlan nəvələri dünyaya gəldikdə zəkalarını bütünlüklə nəvələrinə ötürə bilərlər.

Psixoloji xüsusiyyətlər


İnsan ağlını anlamaq həmişə çətin olub. Belə ki, diqqət çatışmazlığı, hiperaktivlik və şizofreniya atadan uşağa ötürülə bilər. Bu xüsusiyyətlərdən hər hansı biri olan ataların uşaqlarında bu xəstəliklərin 4 qat daha çox olduğu görülür. Üstəlik, ata nə qədər yaşlı olarsa, risk o qədər böyükdür. Çünki illər keçdikcə onun DNT-si mutasiyalara təslim olacaq. Qadınlar isə ömür boyu dəyişməyən genlərlə doğulur.

Ürək problemləri


Bəzi mütəxəssislərə görə, hər 5 kişidən 1-də ürək xəstəliyi ilə əlaqəli bir gen var. Bu gen ürək xəstəliyi riskini 50% -ə qədər artırır və bu gen əsasən atadan miras qalır. Bu səbəbdən ailəsində ürək xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Lester Universitetinin alimləri spesifik xromosomlu kişilərin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmə ehtimalının 50 faiz daha yüksək olduğunu müəyyən ediblər. Həmin kişilərin övladları isə bu kimi xəstəlikləri (daha çox oğulları) miras ala bilər.