Avokadonun tərkibində insan orqanizmi üçün faydalı yağlar vardır. Avokado yağı zeytun yağı qədər məşhur olmasa da, çox xeyirli və qidalandırıcıdır. Avokado yağındakı antioksidantlar və digər elementlər bu yağı bir çox xəstəliklərə qarşı mübarizəyə sövq edir.

Avokado yağının faydaları

1. Avokado yağı oleik turşusu, Omega-3 və Omega-6 ilə zəngindir.


Avokado yağının təxminən 70%-i oleik turşusundan ibarətdir. Bu, Omega-9 yağ turşusudur və ürək üçün faydalıdır. Bununla yanaşı, avokado yağında Omega-6 və Omega-3 yağ turşuları da mövcuddur. Bu yağ turşuları da ürək xəstəliklərindən qoruyur.

2. Avokado yağı xolesterolu aşağı salır və ürək sağlamlığı üçün faydalıdır


Araşdırma nəticəsində avokadonun ürək sağlamlığı üçün faydalı olduğu üzə çıxıb. Avokadoda bir çox oleik yağ turşusu var ki, bunlar ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını almağa kömək edir. Zeytun yağı və avokado yağı pis xolesterolu aşağı salan, yaxşı xolesterolu artıran bitki tərkibli yağlardır.

3. Avokado yağı gözlər üçün faydalıdır


Avokdao yağının tərkibində göz problemlərini aradan qaldırmağa kömək edən lutein adlı maddə var. Lutein bir karotenoid növüdür və A vitamini ilə birlikdə gözlərin sağlamlığının qorunmasında yaxından iştirak edir. Avokdao meyvəsi və avokado yağı istifadə edərək gözlərinizi oksidativ xəsarətdən və yaşlanma ilə bağlı xəstəliklərdən qoruya bilərsiniz.

4. Avokado yağı vitaminlərin udulmasını artırır


Bəzi qida maddələrinin orqanizm tərəfindən qəbul olunması üçün yağa ehtiyac var. Bunların arasında olan karotenoid antioksidantlar qidalar vasitəsilə orqanizmə daxil olur.

5. Dəriyə müsbət təsir edir və yaraların sağalmasını sürətləndirir


Avokado yağındakı yağ turşuları dəridəki yaraların sürətlə sağalmasını təmin edir, yara izlərini aradan qaldırır. Avokado yağı və B12 vitaminindən hazırlanan krem yaraların sağalmasını sürətləndirir.

6. Sərbəst radikalları təsirsiz hala gətirir


Antioksidantlar sərbəst radikalları uzaqlaşdıran faydalı molekullardır. Yüksək miqdarda sərbəst radikal diabet başda olmaqla bir çox problemin əmələ gəlməsinə səbəb olur. Antioksidantlar sərbəst radikallara elektron verərək bu molekulları təsirsiz hala gətirir.

7. Avokado yağı dərini gözəlləşdirir


Dərini təmizləyir, bəyazlaşdırır, sızanaqların əmələ gəlməsinin qarşısını alır. Antioksidantlarla zəngin olduğu üçün dəri qırışmasını gecikdirir.

8. Avokado yağı iflic riskini azaldır


Qan damarları yüksək xolesterol və siqaret kimi səbəblərə görə sərtləşir, qırılan hala gəlir. Bu problem hipertansiyaya səbəb olur. Hipertansiya yüksək qan təzyiqi olaraq bilinir və ölümcül fəsadları ola bilər. Müalicə edilməsə, beyin damarlarının tıxanmasına və iflicə səbəb ola bilər. Qan damarlarını yumşaldan oleik turşusu, omega 3 və omega 6 yağ turşularının qaynağıdır. Avokado yağından istifadə nəticəsində yaxşı xolesterol artar, qan damarları yumşalar. Bu da iflic və digər təhlükəli xəstəliklərin əmələ gəlməsini əngəlləyir.

9. Bədəni toksinlərdən təmizləyir


Avokado yağında bol miqdarda xlorofil vardır. Xlorofil bədəni toksinlərdən təmizləyir. Tərkibində çoxlu maqnezium var. Maqnezium xlorofillə birlikdə civə və qurğuşun kimi ağır metalların uzaqlaşdırılmasına yardım edir.

10. Avokado yağı E vitamini ilə zəngindir


Tərkibində ən çox E vitamini olan 5 qidadan biridir. E vitamini:

  • Sərbəst radikallarla mübarizə aparır.
  • Dərini gözəlləşdirir.
  • Göz sağlamlığına kömək edir.
  • Yaddaşı gücləndirir.

Avokado yağı oleik və omega yağ turşularının qaynağıdır. Kolesterolu aşağı salır, gözlərə müsbət təsir edir. Dərinin yaşlanmasını ləngidir və qırışları azaldır. Avokadonun tərkibində insan orqanizmi üçün faydalı yağlar vardır. Avokado yağı zeytun yağı qədər məşhur olmasa da, çox xeyirli və qidalandırıcıdır. Avokado yağındakı antioksidantlar və digər elementlər bu yağı bir çox xəstəliklərə qarşı mübarizəyə sövq edir.