Gündəlik kalori miqdarının böyük hissəsini axşam saat 18.00-dən sonra qəbul edən qadınlarda ürək-damar xəstəliklərinin yaranma riski artır.

"Gecə yeməyimi yedim" deyə peşman olsanız, gec yeməklərin bizə necə təsir etdiyini bilmək faydalı olardı! Axşam həm maddələr mübadiləmiz, həm də fiziki fəaliyyətimiz ləngiyir, buna görə artıq çəki artımına hazırıq. Yediyimiz qidaların yanma sürəti çox yavaş olacağından, tərəvəz əsaslı bir pəhrizə sahib olmaq daha yaxşı olar.

Gecələr insan metabolizması yavaşlayır. Yuxu zamanı çox az işləyir. Beləliklə, gecə yediyimiz qidalar bədənimizdə yandırılmır. Nəticədə kökəlirik. Səhər yuxudan duranda bir stəkan isti su ardınca soyuq su için. Metabolik sürətiniz artacaq və yediyinizi yandıracaqsınız. Səhər yeməyində birtərəfli pəhrizdən çəkinin. Metabolik sürəti ləngidir və kilo almağa kömək edir.

ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub.


Kolumbiya Universitetində 112 qadının ürək sağlamlığı araşdırılıb. Bir il aparılan araşdırmadan sonra gündəlik kalori miqdarının böyük hissəsini saat 18-dən sonra qəbul edən qadınların digərləri ilə müqayisədə daha çox ürək-damar xəstəliklərinə tutulduğu aşkarlanıb.


Araşdırma zamanı məlum olub ki, axşam saatlarında qəbul edilən qidalar bədən kütlə indeksinin yüksəlməsi və təzyiq riskini artırır. Belə qənaətə gəlinib ki, indiyədək ürək xəstəliklərinin qarşısını almaq üçün qəbul edilən qidalar, qidaların miqdarına daha çox önəm verilsə də, bu araşdırma nə zaman yediyimizin çox əhəmiyyətli olduğunu sübut edir.

Bir sözlə, nə yemək, nə qədər yemək yox, nə zaman yemək daha önəmlidir.

e-tibb.az