22 iyuldan bəri ilk dəfə Bitkoin bu gün 36% yüksələrək $10.000 rekordunu yenilədi.

23 oktyabrda anı eniş edərək $7.000 civarlarında olan Bitkoin nəhayət ki, köhnə rekordlarını yeniləməyə hazır olduğunu göstərdi. Bəzi mütəxəssislər yüksəlişin səbəbi kimi Çin Prezidenti "Xi Jinping"-in Blockchain Texnologiyası haqqında çıxışı olduğunu bildirir. Belə ki, Prezident bu texnologiyanın inkişafının vacib olduğunu bildirmişdi.


Hazırda hər kəsi Bitkoinin taleyi çox düşündürür. Bu yüksəlişin ardından yenə enişlər olacaq, yoxsa yeni bir rekordu yeniləyəcək?