Soyuq havalarda üst tənəffüs yolu infeksiyalarının artması ilə paralel olaraq boğaz ağrıları da artır. Boğaz ağrılarından qorunmaq çox da çətin deyil. Demək olar ki, hər kəsin ümumi problemi olan boğaz ağrısından xilas olmaq üçün 10 təsirli üsulu təqdim edirik.

1. Duz və soda ilə qarqara edin


Duz və soda boğazı təmizləyir və mikroblardan xilas edir. Aşağıda reseptini verdiyimiz qarqaranı etdiyiniz zaman ağzınızdakı mikroblar xeyli azalacaq və boğazınız yumşalacaq. Bir stəkan isti suya 1 çay qaşığı duz və 1 çay qaşığı soda əlavə edib qarışdırın. Dişlərinizi fırçaladıqdan sonra qarqara edin.

2. Bal, limon və zəncəfilin gücündən faydalanın


Balın boğazı yumşaldan xüsusiyyətindən, limonun antibakterial xüsusiyyətindən, eləcə də tərkibindəki C vitaminindən və toz zəncəfilin bəlğəmgətirici xüsusiyyətindən faydalana bilərsiniz. Bir neçə qaşıq bal ilə yarım limonun suyunu 1 çay qaşığı toz zəncəfil ilə qarışdırın. Üzərinə az miqdarda ilıq su əlavə edin. Əldə etdiyiniz qarışıq boğaz ağrısı üçün təsirli bir üsul olacaq.

3. Mentollu buxar vannası qəbul edin


Burun tıxanıqlığı gecələr ağzımızı açıq yatmağımıza səbəb olur, nəticədə, ağız havadan gələn çoxlu sayda mikrob ağzımıza daxil olur. Yatmazdan əvvəl isti duş həm sizi rahatlaşdıracaq, həm də burun tıxanıqlığını aradan qaldıraraq tənəffüs yollarınızın açılmasına kömək edəcək. Mentollu buxar vannası da burun tıxanıqlığını aradan qaldırmağa kömək edir.

4. Cökə və adaçayı için


Boğazda qıcıqlanmanı aradan qaldırmaq qabiliyyəti ilə tanınan bitkilər olan cökə və adaçayı boğaz ağrısı zamanı təsirli olur. Bundan əlavə, ekineziya da immunitet sistemini gücləndirir, bədənin infeksiyalara qarşı müqavimətini artırır. Bunlarla hazırlayacağınız bitki çayları boğaz ağrınızın aradan qaldırılmasında təsirli olacaq.

5. Bol ilıq su için


Bol su içmək bədəni və tənəffüs yollarını nəm saxlayır. Bunun sayəsində ağız quruluğunun qarşısını alır, boğazda qıcıqlanmanı azaldır və əgər varsa, bəlğəmin daha asan həll edilməsinə kömək edir. Gündə ən azı 1,5-2 litr su içməyi unutmayın. Suyu ilıq, yəni otaq temperaturunda içməyə diqqət edin, çünki soyuducudakı soyuq su da boğazda qıcıqlanmanı artıra bilər.

6. Qidaları ilıq halda yeyin


Həddindən artıq soyuq və ya isti içkilər boğazda qıcıqlanmanı artıra bilər, ona görə də yemək və içkilərinizi ilıq halda qəbul edin. Boğazınızın ağrılı, şişkin və iltihablı olduğu hallarda yumşaq düyü və ya püre kimi qidaları çeynəmək və udmaq sizin üçün daha asan olacağı üçün bu növ qidaları seçməkdə fayda var.

7. Siqaret və siqaret tüstüsündən uzaq durun


Siqaret çəkmək həm tənəffüs yollarını qıcıqlandırır, həm də onu xarici amillərə qarşı həssas edir. Hətta sadəcə siqaret çəkmək boğaz ağrısına, qıcıqlanmaya və heç bir infeksiya olmadan öskürəyə səbəb ola bilər. Odur ki, siqaret çəkməyin və siqaret tüstüsündən uzaq durmağa diqqət edin.

8. Qızdırıcıların üzərinə bir qab su qoyun


Soyuq qış aylarında evlərin isidilməsi ilə əlaqədar olaraq ətrafdakı rütubət azalır və udulan quru hava boğazda qıcıqlanmaya səbəb ola bilir. Bunun qarşısını almaq üçün evinizdə buxar maşınlarından istifadə edə və ya qızdırıcının üzərinə su dolu qab və ya yaş dəsmal qoyaraq otağın havasını rütubətləndirə bilərsiniz.

9. Yüksək səslə danışma!


Yüksək səslə danışmaq və xüsusilə qışqırmaq, səs tellərinin zədələnməsi səbəbindən boğazın qıcıqlanmasına və səsin boğulmasına səbəb ola bilər. Ona görə də xüsusilə soyuq havalarda səsinizi istifadə edərkən daha diqqətli olmalısınız.

10. Gec həzm olunan qidalar yeməyin


Boğaz ağrısının arxasında duran və tez-tez diqqətdən kənarda qalan səbəblərdən biri reflyudur. Reflyunun qarşısını almaq üçün yatmazdan ən az 3 saat əvvəl yemək yeməməli, xüsusilə axşam yeməyində gec həzm olunan qidalardan uzaq durmalı və mədə turşusunu artıraraq reflyuya səbəb ola biləcək çay, kofe və turşulu içkilər içməməlisiniz.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.