Britaniya kral ailəsi dəbdəbəli həyat tərzi və qeyri-adi mədəniyyəti ilə dünyanın ən çox danışılan adları sırasında yer alır. Ailənin əsrlərdir davam edən qəribə qaydalarını təqdim edirik.

1. Kraliça II Elizabetin ad günü ildə iki dəfə qeyd olunur. Hər il iyun ayında başlayan mərasimlərə 1400-dən çox əsgər, 200 at və 400 musiqiçi cəlb olunur. Bu möhtəşəm parad “Rəng Birliyi” adlanır.


2. Kraliça II Elizabet hər getdiyi yerə Kral Donanmasının həkimlərini və öz qan çantasını özü ilə aparır.


3. 1969-cu ildə kral ailəsi haqqında sənədli film lentə alınıb. Sənədli film kraliça Elizabet və onun məsləhətçiləri tərəfindən kral ailəsinin gündəlik həyat tərzinə ictimaiyyətin baxmasının təhlükəli olduğu əsası ilə qadağan olunub.


4. 1952-ci ildə II Elizabet Keniyada olarkən atası Kral Corcun ölüm xəbərini alandan bu yana bütün ailə üzvləri səyahətlərdə qara paltar geyinirlər.


5. Kraliça heç vaxt tək səyahət etmir. O, kral həkimi, şəxsi katibi, bərbəri, mətbuat nümayəndələri və səkkiz cangüdəni də daxil olmaqla 34 nəfərlə yola çıxır.


6. Kraliça getdiyi yerə monoqramlı çaydan götürür. Bunun səbəbi kraliçanın müntəzəm olaraq Earl Grey çayı içməsidir. Eyni zamanda, onun sevimli sosisləri uçuşdan əvvəl hazırlanaraq paket halında gətirilir.


7. Şahzadə Çarlz və Kamillanın sevimli içkiləri xaricə səfərləri zamanı polis mühafizəçiləri tərəfindən aparılır. Soyuducu çantada saxlanılan içkilərə tonik və şərab daxildir.


8. Kral ailəsi öz nəsillərinin davamlılığı üçün bütün riskləri minimuma endirir. Xüsusilə, iki kral sahibinin eyni təyyarədə olması qadağandır.


9. Kraliyyət qadınlarına ayağını ayağının üstünə aşırmaq qadağan olunub. Bunun əvəzinə ayaqlarınıvə dizlərini yan-yana gətirməlidir. Bu oturma tərzi kral ailəsinin əsrlər boyu riayət etməli olduğu qaydalar arasındadır.


10. Kraliça getdiyi yerdə parlaq və rəngli paltarlara üstünlük verir. Buna səbəb onun kütlə arasında asanlıqla görünməsidir.


11. Kral ailəsi 1960-cı ildən bəri soyaddan istifadə etmir. İlk dəfə 1917-ci ildə Kral V Corc tərəfindən təyin olunan rəsmi soyad kraliça II Elizabet tərəfindən ləğv edilib.


12. Kral ailəsinin geyim tərzi 16-cı əsrdən bəri eyni olaraq qalır. Kraliyyət üzvlərinin uşaqlarına 8 yaşına qədər şalvar geymək qadağandır. Bu, şalvarın yalnız yaşlı insanların geyə biləcəyi düşüncəsindən irəli gəlir.


13. Kral ailəsinin təhlükəsizliyi həmişə ən yüksək səviyyədə saxlanılır. Bukingem sarayına gedən yol uçuş zolağı kimi layihələndirilib. Mümkün təhlükə zamanı kral ailəsinin asanlıqla evakuasiya edilməsi nəzərə alınıb.


14. Kraliça I Elizabet heç vaxt evlənmədiyi üçün ona “bakirə kraliça” ləqəbi verilib. İngiltərənin ən böyük liderləri arasında göstərilən kraliça güclü və avtoritar rəftarları ilə fərqli fikirlər ortaya qoyub. Bəziləri hətta onun qadın qiyafəsinə girmiş kişi olduğunu bildirirlər.


15. Kral VI Corc və həyat yoldaşı kraliça Elizabet İkinci Dünya Müharibəsi zamanı xalqlarına dəstəklərini göstərmək üçün Bukingem sarayında qalıblar. Ailənin uşaqları isə daha təhlükəsiz Vindzor qəsrində saxlanılıb.