Burak Özçivit 1984-cü ildə ıstanbulda doğulub. Məşhur aktyorla bağlı maraqlı məlumatları araşdırmışıq.

Burak Özçivit haqqında heç bir yerdə rastlaşmadığınız 15 maraqlı faktla bu məqaləmizdə tanış olacaqsınız. Çalıkuşu, Kara Sevda, Muhteşem Yüzyıl, Kuruluş Osman diziləri ilə çox sevilən və geniş pərəstişkar kütləsi olan Burak Özçivit haqqında məlumatlar sizi çox təəccübləndirəcək.

1. Burak Özçivit illər əvvəl "Balıbey" adlı kababxana açıb. Ancaq maddi sıxıntı yaşadıqdan sonra oranı satıb.


2. Burak Özçivit Mərmərə Universitetinin Gözəl sənətlər fakültəsinin fotoqraflıq bölümünü bitirib.


3. Atası Burakdan xəbərsiz onun fotolarını "Best Model" festivalına göndərir. 2003-cü ildə "Best Model of Turkey" festivalına qatılan Burak Özçivit qalib olur.


4. Burak Özçivit 2004-cü ildə Uğurkan Enezin agentliyində modellik etməyə başlayıb.


5. Burak Özçivit televiziyada ilk addımı 2006-cı ildə "Eksi 18" adlı serialla atıb.


6. Burak ilk aktyorluq sınağı haqqında verdiyi açıqlamada "Çəkilişlərdə çətinlik çəkirdim, hətta həkimə getməyi belə düşünürdüm. Mənə bunu oyna dedilər, ancaq necə oynadığımı bilmirdim" deyib.


7. Burak Özçivit 2007-ci ildə "Musallat" adlı qorxu filmində çəkilib.


8. Aktyor yüksəklik qorxusu olduğunu dəfələrcə etiraf edib.


9. Burak Özçivit "Fənərbaxça" azarkeşidir.


10. Burak Özçivit açıqlamalarının birində "Aktyor olmasaydım futbolçu olardım" deyib.


11. Burak Özçivit 24 dekabr 1984-cü ildə İstanbulda doğulub. Lakin əslən qazianteplidir.


12. Burak Özçivit oğlaq bürcündəndir.


13. Burak Özçivit klassik avtomobilləri çox sevir.


14. Burak Özçivit "Çalıquşu" adlı serial sayəsində tanış olduğu Fahriye Evcen ilə 2017-ci ildə ailə qurub. Onların Karan adlı bir övladı var.


15. Uğurlu performansı ilə diqqət çəkən Burakın pərəstişkarları çoxdur.

Digər məşhurlar haqqında olan məqaləmiz: