Çaydanda qalan çay paketinin bir çox faydası var. Onları sizə təqdim edirik.

1. Saçlara parlaqlı bəxş edir


Saçınını şampunla yuduqdan sonra çaydandakı su ilə yaxalayın. Saçlarınızın parlaqlaşdığını hiss edəcəksiniz.

2. Ayaq qoxusunu aparır


İşdən yorğun halda evə gəldikdə ayaqlarınızı ilıq çayla dolu bir vannaya qoyun. On dəqiqə ərzində ayaq qoxusu aradan qalxacaq.

3. Təmizliyə kömək edir


Paket çayı yer silmək üçün suyla dolu qaba qoyun. Əşyalarınızı bu çaylı suyla silin.

4. Boğaz ağrısını yüngülləşdirir


Suyu süzülən paketi boğaz ağrıları zamanı qarqara kimi istifadə edə bilərsiniz.

5. Diş əti ağrısını azaltmağa kömək edir

nız varsa və ya dişininz çəkildikdən sonra diş ətinizdə ağrı olursa, soyuq suyla isladılmış paket çayı ağrıyan yerə qoyun.

6. Yağlı dəri üçün faydalıdır


Dəriniz çox yağlıdırsa, bir çaydan çayla dərinizi yuyun. Bununla dərinizin yağlardan az da olsa arındığını hiss edəcəksiniz.

7. Yaraların təmizlənməsində təsirli rola malikdir


Dəridəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün çayı pambıqla yaraya sürtmək lazımdır.

8. Balıq və soğan qoxusunu aradan qaldırır


Əllərinizi balığa və ya soğana vurmusunuzsa, həmin qoxunu dəmli çayla götürə bilərsiniz. Əllərinizi dəmlənmiş çayla yuyun. Arzuolunmaz qoxular aradan qalxacaq.

9. Gözlərdəki ifrazatı təmizləyir


Çaydanda qalmış çayı pambığa batırıb onunla gözlərinizi silin.

10. Göz altındakı torbalanmaları aradan qaldırmağa kömək edir

ilmiş paket çayı iluq suyla qarışdırın. 20 dəqiqə ərzində gözlərinizə çəkin. Göz altındakı torbalanmaların çəkilməsinə kömək edəcək və mikrobları yox edəcək.

11. Sızanaqları yox edir


İçdiyiniz paket çayı buzxanaya qoyun. Donmuş paket çayı sızanaqların üzərinə tətbiq edin. Bu prosesi gündə 5 dəqiqə təkrarlayın.

12. Soyuducunun pis qoxusunu aradan qaldırır


Çaydanda qalmış çay paketlərini qurudaraq soyuducunun orta gözünə yerləşdirin. Soyuducudakı arzuolunmaz qoxular aradan qalxacaq.

13. Saçlarınız üçün təbii vasitədir


3 ədəd paket çayı bir stəkan suda dəmləyin. İçinə bir xörək qaşığı adaçayı və rozmarin əlavə edin. Bir gün gözləyin və saçlarınızı şampunla yuduqdan sonra bu qarışığı tətbiq edin.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.