Çox emosional xarakterə malik olan Ronaldo dininə bağlı bir insandır. Haqsızlığı sevmir, ailəsinə böyük dəyər verir. 8 yaşında ikən anası onun futbola marağı olduğunu kəşf edirvə Ronaldonu futbol kursuna yazdırır. Cristiano Ronaldo ilə bağlı maraqlı məlumatları təqdim edirik.

1. Ronaldonun Hugo adlı bir qardaşı və Liliana Caita və Elma adlı iki bacısı var.


2. Atası Ronald Reagan heyranı olduğu üçün oğluna Ronaldo adını qoyub.


3. Ronaldonun əsl adı Cristiano Ronaldo Dos Santos De Aveirodur.


4. Cristiano hələ 10 yaşında olarkən böyük bir travma keçirib.


5. Ronaldo 14 yaşında olarkən əsəbiləşərək müəlliminə stul atıb.


6. 15 yaşında Ronaldoya ürək xəstəliyi diaqnozu qoyulub. O, bu xəstəliyə əməliyyatla qalib gəlib.


7. Cristiano Ronaldo uzunqol forma geyinməyə üstünlük verir.


8. 8. Cristiano Ronaldonun özünü sübut etdiyi ilk matç 1993-1994-cü illər arasında baş tutan “Junior Final” olub. İlk hissədə soyunub-geyinmə otağına 2-0 geridə qayıdan komanda Ronaldonun özünə inamlı çıxışı və 2 qol və 1 məhsuldar ötürməsi ilə matçı 3-2 qazanıb.


9. Davamlı olaraq fələstinli uşaqlara yardım edən Ronaldo, Ramazan bayramında uşaqlara 2 milyon dollar ayırıb.


10. Oynadığı matçın ilk yarısı bitdikdən sonra Ronaldonun ilk işi topa toxunmaq olur. Məşqçisindən tapşırıq alanda belə topu əlindən buraxmır, onunla oynayır.


11. 2013-cü ildə Madeyrada Cristano Ronaldo adlı muzey açılıb.


12. Ailəsinin onu izləməyə gəldiyi matçlarda, Ronaldo qol vurarsa, onları salamlayır.


13. Cristiano Ronaldo cərimə və sərbəst zərbələr yerinə yetirərkən geriyə doğru 5 addım atır və ayaqlarını aralayır.


14. Ronaldonun bədənində bir dənə də olsun döymə yoxdur.


15. Ronaldo topa elə güclü zərbə vurur ki, onun istifadə etdiyi cərimə zərbəsi zamanı topun sürəti saatda 100 km-ə çata bilir.


16. Cristiano Ronaldo 20 yaşında atasını alkoqol ucbatından itirdiyi spirtli içkilərdən mümkün qədər uzaq durur.


17. Cristiano bədənini formada saxlamağa xüsusi diqqət yetirir.