Diş ağrısı insanı ən çox narahat edən ağrılardandır. Xüsusilə gecə başlayır və həkimə müraciət olunmasa, daha da şiddətlənir. Bu məqaləmizdə diş ağrısını səngidən üsulları bir araya toplamışıq.

Evdə diş ağrısından qurtulmağın təbii üsulları

Diş ağrısı bir çox səbəbdən meydana gələ bilər. Ağrı yarandıqda həkimə getmək və ya təbii üsullardan istifadə etmək lazımdır. Həmin üsullar aşağıdakılardır.

1. Duzlu su ilə qarqara edin


Duz çox güclü bir antiseptik olduğundan, xüsusilə iltihab ağrısının şiddətini azaldır. İlıq su ilə doldurulmuş stəkana yarım çay qaşığı duz əlavə edib qarışdırın, bu qarışıqla qarqara edin. Diş ağrınız səngiyəcək.

2. Buz tətbiqi


Ağrıyan dişin yerləşdiyi bölgədə şiş olur və bu, ağrını çoxaldır. Bezə bükülmüş buz parçaları ilə bu bölgəyə təzyiq tətbiq etmək ağrının şiddətini azaldar.

3. Mixək və ya mixək yağı tətbiqi


Mixəyin təbii keyləşdirmə təsiri var. Mixəyi ağrıyan dişin üzərinə və ya yanına qoyduqda ağrı qısa müddətdə azalır. Mixək yağı daha kəskin keyləşdiricidir. Ağrıyan dişin üzərinə bir damcı əlavə etdikdə ağrı azalar.

4. Limon suyu tətbiqi


Limon suyu büzücü və antiseptik xüsusiyyəttinə görə diş ağrısını azaltmağa əhəmiyyətli təsir göstərir. Limon suyunu ağrılı diş bölgəsinə tətbiq etməklə və ya duz əlavə edib ağızda qarqara etməklə istifadə etmək olar.

5. Soğan suyu tətbiqi


Soğan suyu təbii bir antibiotikdir və tərkibində iltihab üçün xeyli maddə var. Qalın bir soğan diliminin sıxılmasından alınan suyu ağrılı bölgəyə tətbiq etməklə ağrının şiddəti azaldıla bilər.

6. Oksigenli su tətbiqi


Oksigenli su yaxşı bir iltihab təmizləyicisidir. Oksigenli su birbaşa ağrı bölgəsinə tətbiq oluna bilər. Həmçinin oksigenli suyla qarqara etmək də diş ağrısını azaldar.

7. Qara çay


Çayın iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərinə malikdir. Dəmlənmiş qara çay pambıq köməyi ilə ağrıyan dişə tətbiq olunur. Daha təsirli olması üçün içmək də olar.

8. Diş fırçalamaq


Ağrıyan dişin olduğu bölgəni diş fırçasını duzlu suya batıraraq fırçalamaq iltihabın təmizlənməsinə və ağrının azalmasına səbəb olur.

9. Sarımsaq suyu tətbiqi


Ən güclü təbii antibiotik sayılan sarımsağın suyu daha təsirlidir. İki-üç diş sarımsaq əzilərək ağrılı yerə tətbiq olunduqda qısa müddətdə rahatlıq hiss olunur.

10. Cəfəri


İltihabı aradan qaldıran cəfəri ağrının şiddətini azaltmaq üçün gövdəsi ilə birlikdə çeynənməlidir.

Diş ağrısı ilə bağlı tez-tez verilən suallar

Diş problemləri insanların gündəlik həyatda ən çox qarşılaşdıqları problemlərdən biridir. Bu məqaləmizdə diş ağrısı ilə bağlı verilən sualları cavablandırdıq.

Diş ağrısı niyə yaranır?

Diş minasının aşınması, diş absesi, diş əti xəstəliyi, diş çürükləri və çənə dişləri diş ağrısının əsas səbəbləridir. Bundan əlavə, baxımsız dişlər həssaslıq problemləri səbəbindən ağrıya bilər.

Çürük dişlər ağrıya səbəb olurmu?

Çürümüş dişlər iltihaba səbəb olur və ağızda mikrobların çoxalmasına imkan yaradır. Bu mikroblar səbəbi ilə diş əti iltihabı və diş absesi əmələ gəlir. Bir sözlə, çürümüş dişlər diş ağrısına zəmin yaradır.

İltihablı diş ağrıyır?

İltihablı diş, diş kökünə və diş ətinə zərər verərək diş ətrafında şişlik və həssaslığa səbəb olur. Bu pozğunluqlar nəticəsində diş ağrısı meydana gəlir.

Diş ağrısını evdə müalicə etmək mümkündür?


Evdə təbii üsullarla diş ağrısı aradan qaldırıla bilər. Bəzi bitki mənşəli qarqaralar diş minasını və ağız içini mikroblardan təmizləyir və iltihabı aradan qaldırır. Bu şəkildə diş ağrısı da aradan qaldırılır.

İbrahim Saraçoğlunun diş ağrısını kəsmək üçün tövsiyəsi

Professor İbrahim Saraçoğlunun diş ağrısını təbii yollarla aradan qaldırmaqüçün öz üsulunu tövsiyə edir. Diş ətinin iltihabından və diş ağrısından qurtulmaq üçün nar suyunu bir müddət ağzınızda saxlayın, qarqara edin və boşaldın. Nar suyunun tərkibindəki fermentlər sayəsində diş ağrısı kəsir və diş ətinin iltihabının qarşısı alınır.

Ahmet Marankinin diş ağrısını kəsmək üçün tövsiyəsi

Ahmet Maranki diş ağrısına qarşı təbii müalicə vasitəsi olaraq təzə xiyar və çay ağacı yağını tövsiyə edir. Ahmet Marankiyə görə, təzə xiyarı ağrıyan dişin üzərində bir müddət saxlasanız, xiyarın tərkibindəki vitaminlər o bölgəni gücləndirir və ağrıları aradan qaldırır. Həmçinin, çay yağını pambıq üzərinə tökün və pambığı ağrıyan dişin üzərinə qoyun. Ağrı kəsəcək.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Diş mövzusunda olan digər məqalələrimiz: