Diş sağlamlığı çox vacibdir və hətta kiçik bir çürük belə ürək-damar xəstəlikləri, revmatizm, xoralar, böyrək və qaraciyər xəstəlikləri və digər problemlərə səbəb ola bilər. Bəs diş çürüməsinin qarşısını necə ala bilərik?

1. Müntəzəm olaraq stomatoloqa getməlisiniz


İldə iki dəfə diş həkiminə müraciət etmək lazımdır. Gələcəkdə daha ciddi problemlərlə qarşılaşmamaq üçün ağız və diş baxımına diqqət yetirmək və həkimə müraciət etmək, lazımi müayinələrdən keçmək vacibdir.

2. Dişlərin təmizlənməsinə əhəmiyyət verilməlidir


Dişlər səhər, günorta və axşam fırçalanmalıdır. Diş ipindən istifadə edilməli və qarqara üsulu ilə dişlər daha ətraflı təmizlənməlidir. Diş ipi dişlərin təmizlənməsi üçün çox vacibdir. Gündə bir dəfə diş ipindən istifadə edilməlidir.

3. Sağlam qidalanın


Sağlam qidalanma diş çürüklərinin qarşısını almağın başqa bir yoludur. Sağlamlığınız üçün orqanizmin ehtiyac duyduğu vitaminlər, minerallar və karbohidratlar kimi qida maddələrini mütləq qəbul etmək lazımdır. Bu qidaların balanslı qəbulu vacibdir. Digər vacib məqam isə fındıq, qoz kimi sərt qidaların dişlə qırılmamasıdır.

4. Bəzi qidalar diş fırçası kimi xidmət edir


Bəzi qidaların həm də diş fırçası rolunu oynadığını bilirdinizmi? Məsələn, kök, alma kimi qidalar dişlərinizi təmizləyir. Lifli qidalar dişləri təmizləyir və gücləndirir.

5. Şəkər yedikdən sonra ağız təmizlənməlidir


Şokolad, lokum kimi şirniyyatlar yedikdən sonra dişlər fırçalanmalı və ağız bol su ilə yuyulmalıdır.

6. Saqqız çeynəyin


Saqqız çeynəmək də dişlərin təmizlənməsinə kömək edir. Yalnız saqqızın şəkərsiz olması vacibdir.

7. Turşulu içkilərdən uzaq durun


Turşu tərkibli içkilər də dişlərin çürüməsinə səbəb olur. Ona görə də turşulu içkilər yerinə təbii meyvə şirələrinə üstünlük verilməlidir.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.