“Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.


“Haber Global”ın yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək.

Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, “seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək.


“Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, - deyə o bildirib.


Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil.