Braziliyanın San-Paulo şəhərində yaşayan 30 yaşlı Cessika Qedezin toy günündə vəfat edib.

30 yaşlı Cessika Qedezin 6 aylıq hamiləliyi olub. Bütün hamiləlik dövründə qadın hər hansı problem yaşamayıb. Qəfildən onun vəziyyəti pisləşib, başı gicəllənməyə başlayıb, qonaqlar düşünüb ki o toy qabağı həyəcan keçirir. Heç kəs bilmirdi ki, bu hamiləliyin fəsadıdır və gənc qadının təzyiqi qalxıb.

Qadının vəziyyətinin kritik olduğunu görən həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı xilas edə bbilib. İnsult keçirmiş ana isə vəfat edibdir.

Allah rəhmət eləsin.