Adətən yuxusuzluq kimi ifadə olunan insomnia, bir çoxlarının əziyyət çəkdiyi problemdir. Elmi tədqiqatlar göstərir ki, sağlam yuxu immunitet üçün son dərəcə vacibdir. Gecələr yuxuya keçməyi asanlaşdıracaq 5 metodu təqdim edirik.

1- Nəfəs məşqləri


Stress, narahatlıq kimi hallar yuxuya keçməyinizi asanlaşdıra bilər. Tez yuxuya getməyiniz üçün nəfəs məşqlərindən istifadə edə bilərsiniz. Nəfəs məşqi gündəlik həyatda yaşadığınız stressi azalda bilər. Tədqiqatlara görə, bir çox insan tərəfindən müsbət nəticələr verdiyi söylənilən bir nəfəs məşqi var: 4-7-8. Yuxuya keçmək məqamına çatdığınızda 4 saniyə ərzində dərin bir nəfəs alın və nəfəsinizi 7 saniyə tutun. 8 saniyə ərzində tutduğunuz nəfəsini buraxın. Bu üsul ağlınızdakı bir çox düşüncələrdən uzaqlaşmağınıza kömək edə bilər.

2- Ayaq barmaqlarını sıxmaq


Yuxuya getməzdən əvvəl ayaqlarınızın gərildiyini hiss edirsinizsə, bədəniniz hələ də aktiv ola bilər. Nə qədər çox yuxulu olduğunuzdan asılı olmayaraq, bədəniniz yuxuya qarşı müqavimət göstərə bilər. Yatmazdan əvvəl etməli olduğunuz ilk şey əzələlərinizi boşaltmaqdır. Ayaq barmaqlarınızı davamlı olaraq sıxıb buraxın. Bu zaman ürəyinizdə 10-a qədər sayaraq yuxuya gedə bilərsiniz.

3- Oyaq qalmağa çalışmaq


Qəribə səslənsə də, bu üsul işə yarayır. Yatmağa çalışdığınız zaman yuxuya keçməyiniz getdikcə çətinləşə bilər. Bunun əvəzinə, oyaq qalmağa çalışdığınız zaman daha tez yuxuya gedə bilərsiniz. Ağlınız əks psixologiyanı daha tez qəbul edər və tez bir zamanda yatarsınız.

4- Dizlərin altına yastıq qoymaq


Yuxu mövqeyi yuxu zamanı və sonra bir çox şərtlərə təsir göstərə bilər. Məsələn, saatlarla əks yuxu vəziyyətində yatmağınız həm yuxuya getməyinizi çətinləşdirər, həm də keyfiyyətsiz bir yuxuya səbəb olar. Dizlərinizin altına bir yastıq qoyaraq onurğanızdakı təzyiqi azalda bilərsiniz. Yanı üstə yatırsınızsa, dizlərinizin arasına yastıq qoyaraq rahat yuxuya keçə bilərsiniz.

5- Üzü soyuq su ilə yumaq


Rahat bir yuxu üçün əsasən isti duş tövsiyə olunur. Yatmazdan əvvəl isti duş qəbul etmək bədəndəki əzələlərin rahatlanması üçün faydalıdır, lakin bunun tam əksi də müsbət nəticə verir. Soyuq su nəbzi yavaşladır və daha rahat bir yuxu üçün zəmin yaradır.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.