Əgər gün ərzində nəzarətli şəkildə qidalanıb, gecələr soyuducunun önündən ayrıla bilmirsinizsə, “gecə qidalanma pozğunluğu” problemi ilə qarşılaşa bilərsiniz. Bu hal axşam yeməyindən sonra başlayan aşırı yemək istəyinə və hətta insanın gecə yuxusundan oyanaraq yemək yeməsinə səbəb ola bilər. Gündəlik qəbul edilən kalorinin 56 %-dən çoxunun adətən axşam saatlarında meydana gəldiyini söyləyən Psixoloq dr. Feyza Bayraktar gecələr yemək yemə istəyinin səbəblərindən danışıb.

“Gecə yemək pozğunluğu olan bəzi insanlar gecə bir neçə dəfə oyanmağa və yemək yeməyə meylli ola bilərlər. Səhər tox oyandıqları üçün günortaya, hətta axşama qədər yemək yeməyə ehtiyac duymurlar” deyən Bayraktar, gündəlik qəbul edilən kalorinin yüzdə 56-dan çoxunun daha çox axşam saatlarında olduğunu qeyd edərək, sözlərini belə davam etdirib:

“Axşam yeməyindən sonra və ya gecə yuxudan oyandıqdan sonra yeyilən qidaların əksəriyyətində karbohidrat, yağ və ya şəkər yüksək olduğundan, bu, artıq çəki probleminə səbəb ola bilər”.

Psixoloji problemlərdən qaynaqlana olur


Gecə yemək pozğunluğunun bütün yaş qruplarında və xüsusilə daha stresli dövrlərdə müşahidə oluna biləcəyini vurğulayan mütəxəssis “İş stresi və ya stresi idarə etməkdə çətinlik, ailədaxili münasibət, sərhəd qoymaq və özünə zaman ayırmamaq kimi problemlər gecə yemək pozğunluğunu tətikləyən amillər arasındadır” deyə vurğulayıb.

Psixoloji dəstək alınmalıdır


Gecə yemək pozğunluğunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayan Bayraktar həmçinin bunları bildirib:

“Qidalanma pozğunluqları bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün müalicə prosesində mütləq həkimə müraciət etmək və sağlamlıq müayinəsindən keçmək lazımdır. Psixoloji dəstək yemək pozğunluqlarının müalicəsi prosesinin əvəzsiz parçalarından biridir. Bu səbəbdən mütəxəssis psixoterapevtdən dəstək alınmalıdır”.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.