New York Times qəzetində yer alan məqalədə içki içən insanlarda yaranan ürəkbulanma, başgicəllənmə və üz qızarıqlığının əsasən AlDH2 adlı qüsurdan qaynaqlandığı və Şərqi Asiya xalqalarının üçdə birindən artığının bu xüsusiyyətə sahib olduğu bildirilib. Alkoqolla bağlı araşdırma aparan həkim Philip J. Brooks bu cür özəlliyə yol açan genin iki kopyasına sahib olan insanların alkoqola verdikləri reaksiyaların ağır olması səbəbindən onların alkoqoldan çox istifadə edə bilmədiklərini qeyd edib. Bir kopya olanlar isə çoxlu alkoqol içmək potensialına sahibdirlər. Nəticələri PLos Medicine dərgisində dərc olunan araşdırmada genin bir kopyasına sahib insanların bu qüsura görə bədəndə yığılan asetaldehit toksininə tolerans əlavə edəcəyi vurğulanıb.

ALDH2 qüsuru olan və gündə iki qədəh şərab içən insanın belə qüsuru olmayan insanlarla müqayisədə qırtlaq xərçənginə tutulmaq riski 6-10 dəfə daha artıqdır. Sözügedən qüsurları olan yaponiyalı kişilər üzərində aparılan araşdırmada onların həftəlik alkoqol istifadəsini 16 qədəhədək azaldığı təqdirdə, qırtlaq xərçənginə tutulmaq risklərinin kifayət qədər azaldığı müəyyən olunub. Həkim Philip J. Brooks üzün içki içməyə başladıqdan 10-15 dəqiqə sonra qızarmasının böyük ehtimalla ALDH2 qüsuru ilə bağlı olduğunu söyləyib.